Qarabağ üçün xüsusi DƏSTƏK PAKETİ hazırlanır

Qarabağ üçün xüsusi DƏSTƏK PAKETİ hazırlanır

Hazırda oxunan: Qarabağ üçün xüsusi DƏSTƏK PAKETİ hazırlanır

100111

Qarabağ zonası üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi əlavə dəstək paketinin hazırlanması planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda deyib.

"Bu, dövlətin müəyyən etdiyi strateji xəttə uyğun olaraq nəzərdə tutulub", - S.Mövlayev bildirib.

Onun sözlərinə görə, nazirlik gələcəkdə mövcud imkanlar çərçivəsində dəstək verməyə hazırdır.

O vurğulayıb ki, Qarabağda heyvandarlıq sahəsində biznes üçün subsidiyalar nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO