Qarabağda 9 avtomobil və 2 dəmir yolu tikilir - RƏSMİ

Qarabağda 9 avtomobil və 2 dəmir yolu tikilir - RƏSMİ

Hazırda oxunan: Qarabağda 9 avtomobil və 2 dəmir yolu tikilir - RƏSMİ

100097

"Qarabağda doqquz avtomobil magistralı və iki dəmir yolunun tikintisi üzrə işlər aparılır". 

Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü Qarabağ iqtisadi rayonu üzrə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağda biznes və investisiya imkanları" adlı panel sessiyasında deyib. 

"Azad edilmiş ərazilərdə yeni infrastrukturun yaradılması işləri davam edir. 4 məktəbin tikintisi gedir, onlardan ikisi bu il istifadəyə veriləcək. Ağdamda tibb müəssisəsi inşa olunur. Ağdam üzrə bir sıra tikinti layihələri təsdiqlənib", - deyə o bildirib. 
 

B.Hacıyev qeyd edib ki, Qarabağın ekoturizm və şərabçılıq turizmi üzrə nəhəng potensialı var. 

"Demək olar ki, Qarabağın bütün rayon və şəhərlərində bu cür potensial var", - deyə o bildirib. 

Zəngəzur dəhlizi barədə danışarkən B.Hacıyev qeyd edib ki, bu dəhlizin müxtəlif istiqamətlər üzrə yük tranziti üçün böyük potensialı mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO