Sabir ilə Elvin arasında canlı efirdə DAVA:

Sabir ilə Elvin arasında canlı efirdə DAVA: "Ağıllı ol" - VİDEO

Hazırda oxunan: Sabir ilə Elvin arasında canlı efirdə DAVA: "Ağıllı ol" - VİDEO

100077

Müğənnilər Sabir Əliyev ilə Elvin Mirzəzadə arasında qalmaqal yaşanıb. 

Bizim.Media xəbər verir ki, sənətçilər qonaq olduqları “Səhərin səsi” verilişində sözləri çəp düşüb. 

Verilişin aparıcısı Afərim Qurbanlının Elvinin ifa etdiyi mahnısı ilə bağlı Sabirə ünvanladığı “Bu tip nəğmələri bəyənib, dinləyirsiniz?” sualdan sonra canlı efirdə gərgin dolu anlar yaşanıb. 

Sabir “Mən bu haqda danışa bilmərəm. Musiqi fikirlərim başqadır” deyərək cavab verib. 

Mirzəzədə  xanım aparıcının həmkarına verdiyi sualın düzgün olmadığını vurğulayaraq, etiraz edib. 

Bütün bunlara cavab olaraq Sabir musiqi savadının olduğunu və böyük məktəb keçdiyini bildirərək, Elvinin mahnısında Azərbaycan musiqisində bu ritmlərin olmadığını bildirib. Elvin isə ifa etdiyi mahnıda “Qaytağı ritmlərinin” olduğunu söyləyib. Bu cavabla razılaşmayan qarşı tərəf “Ləzginka ritmidir” deyərək, yanan ocağın üstünə benzin səpib.  
Bundan sonra tərəflər arasında mübahisə düşüb. Nəticədə Elvin ayağa qalxaraq, studiyanı tərk edib. Elvin kadr arxası mikrofonu üzərindən çıxartdığı zaman söylədiyi, lakin efirə yayımlanmayan sözlərdən əsəbiləşən Sabir “ağıllı ol” deyərək Mirzəzadəyə səslənib. Bununla da hirsi soyumayan S.Əliyev studiyadanı tərk edərək Elvinin üstünə gedib.  

Verilişin digər aparıcısı Samir Bayramlı isə aranı sakitləşdirmək üçün reklamlara keçid verib. 

Daha sonra Samir yaşananları prodüser Anar Mədətovun ayağına yazıb. O bildirib ki, Sabir Anarla çalışır. A.Mədətov ilə E.Mirzəzadənin arasında problem var. Məhz bu səbəbdən də efirdə dava düşdü. Kulisdə əyləşən Anar isə Samirin bu iddialarının yalan olduğunu və qarşı tərəflə heç bir problemin olmadığını dilə gətirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO