Puqaçova və Qalkin yenidən valideyn olmağa hazırlaşır

Puqaçova və Qalkin yenidən valideyn olmağa hazırlaşır

Hazırda oxunan: Puqaçova və Qalkin yenidən valideyn olmağa hazırlaşır

100067

Rusiyalı müğənni Alla Puqaçova və komediya ustası Maksim Qalkin əkiz Liza və Harrinin dünyaya necə gəlməsini gizli saxlayırlar. Yalnız məlumdur ki, uşaqları surroqat ana dünyaya gətirib. İndi Rusiya mediası Ukraynadakı müharibəni pisləyən məşhurların yenidən valideyn olmağı planlaşdırdığı barədə məlumat yayıb. 

Mənbə bildirib ki, ulduz cütlüyün hələ də genetik materialı var, ona görə də Puqaçovanın dördüncü övladı ola bilər, lakin Qalkin üçün bu, üçüncü olacaq.

Bizim.Media xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu zamanı ölkədən gedən cütlüyün İsraildə yeni uşağı doğula bilər. 

Xatırladaq ki, Alla Puqaçovanın Nikolas Orbakasla evliliyindən böyük qızı var - Kristina Orbakayte.

Bundan əlavə, Primadonnanın müharibəyə çağırılmaması üçün Rusiyanı tərk edən nəvələri də var. Yəqin ki, onlar da ulduz nənə kimi Ukrayna xalqının soyqırımını pisləyirlər və dinc insanları öldürməyə getmək istəmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO