“İsrail Ukraynaya silah verməyib” – Müdafiə nazirindən AÇIQLAMA

“İsrail Ukraynaya silah verməyib” – Müdafiə nazirindən AÇIQLAMA

Hazırda oxunan: “İsrail Ukraynaya silah verməyib” – Müdafiə nazirindən AÇIQLAMA

100030

“İsrail Ukraynaya silah verməyib, yalnız tibbi və humanitar yardım göstərib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri çərşənbə axşamı İsrailin müdafiə naziri Benni Qantz səsləndirib.

“Biz Ukraynaya silah satmamışıq, onlara tibbi və humanitar yardım göstərmişik”. O, “Kol Chai” radiostansiyasının efirində belə deyib.

Müdafiə Nazirliyinin rəhbəri bir neçə dəfə Ukraynanın İsraildən heç bir silah almadığını vurğulayıb və silah verilməsinin lehinə çıxış edən İsrailin diaspor məsələləri üzrə naziri Naçman Şainin sözlərinə münasibət bildirib. 
“Əgər Naçman Şai iddia edirsə ki, biz Ukraynaya silah satmışıq və ya satacağıq, deməli yanılır. Mən müdafiə naziriyəm və İsraildən silah ixracına cavabdehəm”, - deyə Qantz yekunlaşdırıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO