“Bu ilki secki marafonuna qoşulmağı düşünürəm”x9d

“Bu ilki secki marafonuna qoşulmağı düşünürəm”x9d

Hazırda oxunan: “Bu ilki secki marafonuna qoşulmağı düşünürəm”x9d

91973
İki aydan sonra ölkə əslində taleyüklü parlament seçkilərinin keçirilməsinə şahidlik edəcək. Amma bəlli səbəblərdən ölkədə aktiv seçkiqabağı ab - hava nəzərə çarpmır, marafona qoşulmağa qərar verənlər yalnız sosial şəbəkələrdə fikirlərini paylaşır, yaxud sualları cavablandırırlar. Bir sözlə, kütləvi aksiyaların öz yerini virtual savaş meydanına verdiyi indiki apolitik dönəmdə noyabrın 1 - də keçiriləcək seçkilərin əvvəlki seçkilərdən fərqlənib - fərqlənməyəcəyini proqnozlaşdırmaq üçün heç bir ipucu gözə dəymir. Amma parlamentin heç olmasa 25 faizi dəyişəcəyini, yaxud dəyişməli olduğunu iddia edənlər üstünlük təşkil edir. Onların məntiqinə görə “yox, artıq belə getməz”x9d və istənilən halda hakimiyyət seçki olmasa da, seçkiyə bənzər seçkiyə getməlidir, əks halda ölkənin siyasi palitrası kənardan baxanda çox eybəcər və cansıxıcı görsənəcək, bu isə beynəlxalq təpkiləri daha da artıracaq.
Amma bir məqam da ondan ibarətdir ki, bu ilki seçki marafonuna tamamilə yeni simaların, yaxud bir zamanların məhşur personaları olsalar da son seçkilərdə kölgədə qalmağa üstünlük verən bir çox şəxslərin qoşulacağı indidən bəllidir. Keçmiş millət vəkili Zəminə Dünyamalıyeva da bu ilki seçkilərdə yenidən gücünü sınamaq istəyir.xa0

O, “Hürriyyət”x9d qəzetinə müsahibəsində bu və ya digər sualları cavablandırıb:

- Bir zamanların ən aktiv siyasi fəallarından biri niyə illərdi siyasi səhnədən kənara çəkilib?

- Bunun bir neçə səbəbi var. Deyəcəyim odur ki, əgər siyasətçinin aktiv olması bir özundən asılıdırsa, bir də yaşadığı cəmiyyətdən asılıdır. Təəssüf ki, cəmiyyətimiz də siyasətlə məşğul olmaq istəyənlərə aktivlik sərgiləmək şansı vermir. Yəni apolitik cəmiyyət onun içindən çıxan siyasi xadimləri və siyasətlə məşğul olan şəxsləri passivləşdirir. Bunun hamımıza bəlli səbəbləri də var. Amma hesab edirəm ki, istənilən halda cəmiyyətin passivliyi bir çox bəlaların baş qaldırmasına səbəb olur. Mən də siyasi mənsubiyyətimi sıfırladığım üçün təbii ki, aktivlikdən əsər -əlamət olmayan cəmiyyətdə yalançı “Don Kixot”x9dluq həvəsinə düşəcək birisi deyiləm. Ona görə də dediyiniz kimi siyasi səhnədən geri çəkilməmişəm. Ola bilsin heç həmin səhnə yerli - dibli kənara çəkildiyindən biz də təbii ki, gözə dəymirik...

- Olmaya siyasətdən iyrənib kənara cəkilmisiniz? xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

- Mən heç vaxt siyasətin iyrənc bir şey olduğu fikrini qəbul etməmişəm. Əslində normal cəmiyyətdə siyasət də iyrənc olmur. Əksinə, insanın özünü təsdiq etmə faliyyətinə təkan verir, onu formalaşdırır, dövlətə, vətənə, millətə xidmət üçün hazırlayır. İnsan oğlu nə qədər yaxşı işlə məşğul olarsa, ətrafına, cəmiyyətə, dövlətə xeyir verərsə, o qədər rahat olar. Sadəcə olaraq nəzərdə tutduğu xoşməramlı fəaliyyəti, xeyirxahlığı nümayiş etdirmək üçün də gərək şərait ola.

- Bu sual bəlkə də sizi narazı salacaq, ancaq cəmiyyətdə belə bir suala cavab axtaranlar da az deyil ki, görəsən Zəminə Dünyamalıyeva kimin adamıdır, Heydər Əliyevin, Rəsul Quliyevin, yoxsa sadəcə öz siyasi yolu olan bir şəxsdir?

- Fikirimcə yaranmış bəndələr kimi xa0mən də hər şeydən öncə Allaha məxsusam. Düzdür, mən siyasətə H. Əliyev ideologiyası ilə gəlmisəm. Amma sonradan müxalif mövqedə olsam da hər zaman doğru bildiyim yolla addımlamağa çalışmışam. Rəsul Quliyevin rəhbərliyi altında siyasi fəaliyyət göstərəndə də haqqı nahaqqa verməmişəm, hər zaman doğru - dürüst olmağa çalışmışam.

- Bir dəfə deputat olmusunuz, bir dəfə qalib gəlsəniz də mandatınızı başqalarına satıblar. Atalar üçdən deyib. Bu dəfə də seçki marafonuna qoşulacaqsınızmı?

- Doğru qeyd etdiniz. “Azadlıq Bloku”x9dnun vahid namizədi kimi qatıldığım sonuncu seçkilərdə - 2005 ”“ ci ildə qazandığım halalca mandatımı vermədilər. Amma buna dünyanın sonu kimi baxmadım. Digər tərəfdən, siyasətdə ilk zərbədən, xəyanətdən və ya uğursuzluqdan xəyal qırıqlığına uğramaq yolverilməzdir. Yəni sən mübarizə meydanına atıldınsa bilməlisən ki, haqqını əlindən almağa çalışanların sayı halaca haqqını tanıyanlardan həmişə çox olacaq və sən bu zərbələrdən sınmamalısan. Odur ki, bu ilki seçkilərlə bağlı qərarımı vermişəm. Bəli, ilk dəfə sizə deyirəm ki, bu secki marafonuna qoşulmağı düşünürəm. Yəqin ki, seçkilərə rəsmi start veriləndən sonra namizədliyimi irəli sürəcəm.

-.Hakimiyyətin hansı deputatı ilə dairə üzrə yarışmağı gözaltı etmisiniz?

- Hazırda namizədlər bəlli olmadığı üçün konkret cavabım da yoxdur. Yasadığım ərazidən namizəd olmağı planlaşdırıram. Əsas odur ki, qarşı tərəfin namizədi də ədalətli və dürüst seçki kampaniyası aparsın, eyni zamanda seçkilər günü güclü olan qalib gəlsin. Görək bəxtimə kiminlə sağlam rəqabət aparmaq düşəcək.

- Hal-hazırda hansı siyasi partiyanın üzvüsünüz və siyasi baxışlarınıza görə hakimiyyətyönlü, yoxsa müxalifsiniz?

- Bilirsiniz, uzun illər siyasi mənsubiyyətim olub. Ancaq hazırda bitərəf mövqeyin tərəfindəyəm. Bundan xoşum gəlməsə də illərdi siyasi partiyalarda gördüyüm neqativ fəaliyyətlər, qeyri - səmimi münasibətlər, üzləşdiyim haqsızlıqlar məni bu mövqedə dayanmağa məcbur etdi. Əslində haqqı demək üçün, cəmiyyətin umacaqlarını, ehtiyaclarını dilə gətirmək, seçiləcəyin təqdirdə seçicinin rəğbətini qazanmaq üçün siyasi mənsubiyyət önəmli deyil. Əsas odur ki, dövlətin və millətin yanında olasan.

- Hakimiyyətlə müxalifət arasında düşmənçilik münasibətləri hökm sürür. Bu konfrantasiyanı aradan qaldırmaq üçün sizcə niyə yollar aranmır?xa0

- Əvvəllər mən də bu fikirdəydim. Ancaq indi yox. Ona görə ki, xa0duşmənçilik biri - birini qəbul etməyən və qarşı - qarşıya dayanan iki gücün, iki qüvvənin arasında olur. Hakimiyyət - müxalifət mövzusunda isə onlardan biri var, biri yox. Yəni hakimiyyət var, müxalifət yox. Yoxun nəyi ilə düşmənçilik olacaq? Təbii ki, müxalif mövqedə dayananlar bu yanaşmama görə məni qınayacaqlar. Amma reallıq bundan ibarətdir ki, müxalifət son 25 ilin ən zəif və dağınıq durumundadır. Amma mən istərdim ki, həqiqətən normal, güclü, ləyaqətli müxalifət olsun. Normal müxalifətin olmasi hakimiyyətin möhkəm olması deməkdir. Müxalifət hakimiyyətin aynası olmalıdır. Belə olduqda dövlətin daxili problemi mümkün qədər az olur. Dövlətin dayaqları möhkəm olur. Daha ağacı içindən qurd yeyən kimi xa0daxili çəkişmələr, insanları “sort”x9dlara bölmək, millət işində düşmənçilik toxumu səpmək dövlətin dayaqlarını sarsıdar, onu xarici təhdidlərə qarşı daha dayanıqsız edər. Cəmiyyətdə barış mühitinin yaradılması məsələsinə gəldikdə isə düşünürəm ki, burada əsas vəzifə hakimiyyətin üzərinə düşür. Məhz hakimiyyətdə olan qüvvə müxalifətə əlini uzadıb onu siyasi proseslərin aktiv oyunçusu kimi görmək istədiyini ortaya qoymalıdır. O zaman prezident də and içdiyi kimi siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların prezidenti olur, təkcə iqtidar nümayəndələrinin yox. Bundan dövlət də udar, hakimiyyət də, müxalifət də. Ümid edirəm ki, indiki siyasi antaqonizm keçicidir və cəmiyyətdə sivil mübarizə metodlarının mənimsənilməsi o qədər də çox vaxt aparmayacaq.xa0

- Hal - hazırda nə işlə məşğulsunuz və ailənizi nə ilə dolandırırsınız? Övladlarınız nə işlə məşğuldur?

- Heç bir islə məşğul deyiləm. Yəni biznesim, əlavə gəlir gətirəcək sahəm yoxdur. Ailə üzvlərimdən, yaxınlarımdan bir çoxu dünyasını dəyişib. Qalanlar isə burda yaşamır.xa0

- Keçmiş deputat həmkarınız Solmaz Ələsgərova haralardadır? Onun hansı işlə məşğul olduğu barədə sizdə məlumat varmı?

- Solmaz xanım da Bakıda yaşayır, o da heç bir işlə məşğul deyil, siyasi mənsubiyyətini sıfırlayıb, özü ilə də əlaqə saxlaya bilərsiniz.

Zülfüqar Hüseynzadə




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO