“Azadlığa çıxsam da bəzi dairələrin mənə qarşı hirsi hələ də soyumayıb”x9d

“Azadlığa çıxsam da bəzi dairələrin mənə qarşı hirsi hələ də soyumayıb”x9d

Hazırda oxunan: “Azadlığa çıxsam da bəzi dairələrin mənə qarşı hirsi hələ də soyumayıb”x9d

75483

Bir müddət öncə əfv sərəncamı ilə azadlığa çıxan sabiq vicdan məhbusu Əvəz Zeynallının hüquqi müstəvidə problemleri hələ də bitmək bilmir. Belə ki, məhkəmə hökmü və hətta onun həbsdə olduğu müddətdə verilmiş məhkəmə qərarlarından kəsilmiş cərimələr gündəmdədi və baş redaktordan bu cərimələrin ödənilməsi tələb olunur. Bu arada, “Xural”x9d qəzetinin məhkəmə qərarından müsadirə olunmuş əmlakının da geriyə qaytarılması ilə bağlı anlaşılmaz olaylar yaşandı. Bütün bu məsələlərə onun münasibətini öz dilindən eşitmək, həmçinin son vaxtlarda Azərbaycana da birbaşa dəxli olan bir sıra ictimai-siyasi poseslərə Əvəz Zeynallının münasibətini öyrənə bilmək üçün, Moderator.az saytı və "Hürriyyət" qəzeti olaraq sabiq vicdan məhbusuna bəzi suallarla müraciət etdik.

 

-Əvəz bəy, nə var-nə yox?

 

-Sağ olun, indi Azərbaycanda və cəmiyyətin tam əksəriyyətində var olanlar bizdə də var, yox olanlar da eləcə, amma yox olanlar var olandan çoxdu və görünəni odur ki, bu tendensiya hələ uzun zaman davam edəcək.

 

-Azadlığa çıxdığınız artıq dörd ay olur və məncə, artıq adaptasiya dövrü keçməliydi, baxmayaraq ki, adaptasiyalıq halımız və günümüz də yoxdu. Bununla belə, görünəni odur ki, aylar ötsə də, Əvəz Zeynallının sistemli bir fəaliyyəti yoxdu. Niyə yoxdu ki ?

 

-Əslində mən adaptasiya dövrü deyə bir şey hiss eləmirəm. Çünki biz cəmiyyətimizi içindən də, çölündən də tanıyırıq, elə eyni cəmiyyətdi. Amma təbii ki, arada bizim ümumi proseslərdən təcrid olunduğumuz üç illik bir zaman kəsimi oldu və bu səbəbdən kəsilən münasibətlər, görüşə bilmədiyimiz adamlar var. O baxımdan, bəlkə də bu dörd aya adaptasiya dövrü də demək olar. Amma yox, məncə son illərdə siyasi və vicdan məhbusları kimi tanınan və həbsdən çıxanların işərisində ən çox işləyəni elə mənəm. Çünki ortada olanların hamısı çıxır, bir çoxları  xaricə səfərə gedirlər, bəziləri mühacirətə üz tutullar, burda qalıb səssis-səmirsiz həyatına davam eliyənlər də var. Lakin fasebookda olsa belə, müəyyən məhkəmə proseslərini izləməklə olsa belə, sosial şəbəkələrdə ictimai-siyasi proseslərlə bağlı polemikalara qoşulmaqla olsa belə, demək olar ki, səhərdən axşamacan işləyirəm. Amma digər məsələlərə gəlincə, mətbuatdan da bildiyiniz kimi mənim həbsimdən öncə müsadirə olunmuş əmlakımızı qaytarmaq istədik, daha doğrusu, özləri dedilər ki, gəlin götürün. Biz də bu çağrışa gedəndə gördük ki, əmlakımız təmizlənib, bir yerə yığılıb və təhvil-təslim üçün hazırlanıb. Amma elə orda da bizə dedilər ki, Ağır Cinayətlər Məhkəməsində verilən hökmə görə 4076 və 450 manat qədərində olan cərimələrimiz indi icraya yönəldilib. Elə bu əsasla da bizim əmlakımızı qaytarmaqdan imtina elədilər. Hələ üstəgəl də, mən həbsdə ola-ola o 4000 manata da 2000 manat faiz gəlib. Bax belə şəraitdə və şərtlərdə də, elə əvvəlki kimi çalışıram.  Amma şərtlər o şərtlər deyil. Yəni, işləyə, fəaliyyət göstərə bilmək üçün, mənim həbs edildiyim 2011-ci ildəki şərtlər indi Azərbaycanda yoxdur. İndi daha ağır, daha sərt, daha amansız şərtlər mövcuddur. Demək olar ki, mətbuatın yayım arealı, ya tam dayandırılıb, ya da bu areal kifayət edəcəyindən də artıq daraldılıb. Bütün müstəqil qəzetlər sıradan çıxıb, ortada olan qəzetlərin də heç birində o müstəqillik qalmayıb, o ruh yoxdu. Yəni, demək olar ki, bizim işləyəcəyimiz yer yoxdu və bu hökumət bizə işləyəcək yer və sahə buraxmayıb. Amma yenə də, hələlik sosial şəbəkələr sistemində nəsə eləməyə çəlışır, iş görür, özümüz də görünürük.

 

-Əslidə bu hüquqla bağlı sorunlarınızın nə yerdə oluğnu soruşacaqdım və mən bilən, Sizin hələ bitməyən xeyli sayda məhkəmə prosesləriniz də olmalıdı, eləmi?

 

-Bəli davam edən məhkəmələrimiz çoxdu.

 

-Siz özünüz də huquqçusunuz və bu müddətdə Sizdən tələb olunan cərimələrin və faizlərin, prezidentin əfv sərəncamından sonra ödəməyə və icraya yönəldilməsini qanuni əsasları varmı, yoxsa yenə də aysberqin görünməyən tərəfləri var ?

 

-Azərbarcanın qanunlarında çoxlu boşluqlar var və əfv fərmanı ilə bağlı hazırda qüvvədə olan qaydalar da o boşluqlarla zəngindi. Bax elə o boşluqlardan birinin də fəsadlarını mən hal-hazırda yaşayıram. Çox güman ki, bu boşluqlardan birini də biz Konstitusiya Məhkəməsində müdahisələndirəcəyik. Məsələn, indiyə kimi həbs olunan siyasi və vicdan məhbuslarının əfvlə azadlığa buraxılan  hissəsinin heç birindən cərimə tələb olunmayıb. Tutaq ki, indi hamımızın yaxşı tanıdığımız baş redaktorlardan birinin, azadlığa çıxanda, 400 000 manata yaxın vergi borcu var idi və onnan da o borcu heç kim tələb eləmədi. Bunu mənə rəsmi qurumlar da deyiblər ki, əslində prezidentin əfvindən sonra o borclar silinir. Amma burda bir maraqlı məqam var. Bu zaman konkret fərdə aid olan borclar silinmir, amma dövlətin xəzinəsinə ödənməli olan borclar silinir. Bu mənada deyim ki, mənim barəsində danışdığım hər iki borcum dövlətim xəzinəsinə ödənməli borclardı. Hər nə qədər saxta olsa da, sifarişli olsa da, bu borclar, hakim Rmella Allahverdiyevanın çıxardığı hökmdə var. Yəni, normalda bunların hamısı, əfdən sonra silinməlidi. Ancaq indi məlum olur ki, həmim o borclar Nərimanov Rayon Məhkəmə Qərarlarının İcrası İdarəsinin icraçıları tərəfindən icraya yönəldilib. Burda, indi ortaya çıxan durumla yanaşanda belə çıxır ki, prezident mənim əfvimlə bağlı, hökmümdə yer alan ayrı-ayrı borclarla  bağlı ayrıca sərəncamlar verməlidi. İndi bu məsələlər o qədər dolaşdırılıb ki, adam heyrətə gəlir. Təsəvvür edin, mən həbsdə ola-ola hökmə salınmış 4076 manata görə, 2014-cü il noyabrın 3-də Vergi  İdarəsi məni məhkəməyə verib və dərhal da qərar çıxarıblar ki, Əvəz Zeynallı təzədən 2038 manat cərimə olunsun. Yəni guya mən cəriməni vermədiyimə görə bu qədər faiz ödəməliyəm. Və həmin məhkəmə qərarı da, 24 dekabr 2014-cü ildə qüvvəyə minib. Mən də azadlığa həmin ilin 30 dekabrında, yəni həmim qərarın qüvvəyə minməsindən cəmi altı gün sonra çıxmışam. Bu qədər də absurd bir şey olurmu, mən həbsdə ola-ola üzərinə məhkəmə qərarınnan faiz gətirilən borcu necə öləyə bilərdim. Demək belə çıxır ki, Möhtərəm İlham Əliyev bu faizi də götürsək, tək mənim əfv oluna bilməm üçün azı dörd dənə sərəncam verməliymiş . Qanundakı boşluq da bax budu. Amma biz bunu məhkəmələrlə də, hakimlərlə də, vəkillərlə də müzakirə edirik və güman edirəm  ki, dövlət büdcəsinə olan borclarım silinməlidi. Lakin sualın o biri hissəsinə gələrək deyim ki, görünür mən azadlığa çıxandan sonra da, müəyyən dairələrin mənə qarşı olan hirsi, hikkəsi, qəzəbi hələ də soyumayıb. Ona görə də bu məsələni  dərhal gündəmə gətirdilər ki, mənim normal fəaliyyətimi əngəlləyə, işləyə bilmək imkanlarımızı əngəlləyə bilsinlər.

 

-İndi necə firirləşirsiniz, bu borcları ödəməkmi, aylara, bəlkə də illərə vara biləcək uzun-uzadı məhkəmə çəkişmələrinə baş vurmaqmı, yoxsa eləcə oturub elə bu borlara görə, yəni məhkəmə qərarlarının irasından imtina maddəsini və bu bəhanə ilə yeni həbsi boylamaqmı?

 

-Ortada bir borc yoxdu, yəni o zaman biz məhkəmə qaydasında sübut elədik ki, heç bir vergi borcumuz yoxdu. Madam bunların hesabına görə bu borcumuz varsa belə, biz həmimn pulu məhkəmənin gedişində ödəsəydik, mənə bu yönlə verilən maadə cinayət işindən çıxarılmalıydı. Amma biz o borcu ödəmədik, ya da ödəyə bilmədik və mən də buna görə cəza yedim. Bir sözlə, mən bu borca görə cəzanı niyə aldım, təbii ki, borcun qarşılığı olaraq. İndi də cəzam bitib, yəni prezident bu cəzamın qalan hissəsini  əfv edib. Onda belə çıxır ki, prezidentin məni əfv etdiyi 6 ilin ortasında təzədən məni tutmalıdılar? Baxın, indi biz məhkəmələrdə, digər hüquq  idarələrində bu haqda danışırıq və hamısı da şokdadı ki, belə şey necə ola bilər. Yəni prezidentin bəlli sərəncamından sonra da məndən bu borcun qaytarılmasını tələb etmələri, ya prezidentin əvv siyasətinə qarşı çıxmaqdı, ya da bütün bunları düzüb-qoşaraq işləri bu hala getirməyə cəhd edənlər var. Mənim hətta bunu istəsəm belə, yaxın zamanlarda o borcu ödəmək imkanlarım yoxdu, zatən işimizi əlimizdən alıblar, sistemimizi dağıdıblar, düzənimizi pozublar. Belə bir vəziyyətdə o qədər pulu necə ödəyə bilərik axı. Ama bu yöndə bizim qəzetin əmlakının icra idarəsində qalması bir az da məntiqlidir ki, o zaman həmin əmlakın qiyməti 25-30 mim manat civarında olardı, götürüb əvəzləşdirsinlər və bu haqda özlərinə də demişəm. Ama mən belə hesab eliyirəm ki, məsələnin əsas səbəbi bu cərimələr və yaxud da ödənməyən faizlər deyil. Mən sadəcə olaraq həminki “Xural”x9dı çıxarmağa çalışıram və bu arada da elə mesaj aldım ki, hökumət həmin “Xural”x9dın çıxmasını istəmir, vəssalam. Mən buna can atmasaydım, hesab edirəm ki, belə şeylər də olmayacaqdı.

 

-Mesaj hardan və ya kimnən gəlib ki?

 

-Sizcə, bu yöndə mesajlar bizə hardan və ya kimdən gələ bilər ki. Orası zatən cümlə Azərbaycana bəllidir.

 

-Əvəz bəy, Sizcə bizim əfv olunmağımız, hakim zehniyyətin yanlış etməsinin etirafıydı, yoxsa, “gedin ağıllı olun”x9d, istəsək tutarıq, istəsək buraxarıq anlamına gələn mesaj idi?  

 

Davamı var

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO