“12 kəndin azad edilməsi üçün uğurlu əməliyyat keçirdik...” - Batalyon komandiri...

“12 kəndin azad edilməsi üçün uğurlu əməliyyat keçirdik...” - Batalyon komandiri...

Hazırda oxunan: “12 kəndin azad edilməsi üçün uğurlu əməliyyat keçirdik...” - Batalyon komandiri...

256817

Qarabağ savaşında qəhrəmanlıq göstərən batalyonlarımızdan biri də “Salyan Özünümüdafiə Batalyonu”dur. Batalyona könüllü olaraq yazılan igid oğullarımız, vətənin dar günündə sinələrini düşmən gülləsinə sipər ediblər.xa0

Moderator.az-ın əməkdaşı “Salyan Özünümüdafiə Batalyonu”nun komandiri Nazim Bədəlovla görüşüb. Əməkdaşımızın batalyon komandiri ilə söhbətini təqdim edirik:

- Nazim bəy, ilk olaraq özünüz haqda məlumat verərdiniz?

- Mən Bədəlov Nazim 1966-cı ildə Salyan şəhərində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Texniki Universitetə daxil oldum. 1985-1987-ci illərində sovet ordusunda xidmət etmişəm. Ordudan tərxis olunduqdan sonra tələbə olarkən meydan hərəkatının fəallarından olmuşam.xa0



-Bəs Qarabağ savaşına getməyiniz necə baş verdi?

- 1990-cı ildə 20 Yanvar hadisəsi baş verdi. Onda qardaşım “Salyansk” kazarmasında və mən isə şəhərin müxtəlif yerlərində yaralılara kömək edirdik. O, hadisələrin şahidi olarkən psixoloji olaraq gərginlik keçirdim, səhhətimdə indi də problemlər var. Bir müddət sonra Kiyev şəhərində diplom müdafiəsinə göndərildim. Onda Eldar Fətullayev 20 yanvar hadisəsiylə bağlı mənə sənədlər verdi ki, orda ictimailəşdirim. Mən də onların hamısını yerinə yetirdim. Universiteti bitirdikdən sonra təyinatımı Salyan Avtonəqliyyat İstehsalat Birliyinə verdilər.xa0

“Xocalı faciəsindən sonra könüllü olaraq orduya yollandım...”

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi törədildikdən sonra könüllü olaraq ərizə yazıb Qarabağ savaşına yollandım. Bundan heç ailəmin də xəbəri olmadı. Məni 123 nəfərdən ibarət “Salyan Özünü Müdafiə Batalyonu”nun komandiri təyin etdilər və Bərdə şəhərinə yollandıq. Batalyonda əsasən Salyan rayonundan olan döyüşçülərlə bərabər, Lerik və Cəlilabad rayonundan olan döyüşçülərdə var idi. İyunun 12-də Qurdlar qəbiristanlığı deyilən ərazidə ilk döyüşümüzə girdik. Cəlilabad rayonundan 46 nəfər Əfqanıstanda döyüşdə olan döyüşçülərimiz vardı.xa0


“İlk pilotumuzu başımın üstündə vurdular...”

Azərbaycanın ilk pilotu Vaqif Qurbanovu başımızın üstündə vurdular. Naxçıvanikdə 29 nəfər şəxsi heyyətlə minaya düşdük və şəhidlərimiz oldu. Qara qaya və Laçında əməliyyat keçirdik və 18 nəfər döyüşçü ilə Qara qayanı azad etdik. Pircamal, Qurdlar, Şelli, Ağdərənin Tonaşen 1, 2, 3, Dəstəkir və Mardaket kəndlərində uğurlu döyüşlərimiz oldu. Salyanın ilk şəhidi İbadov Azad Vəli oğludur. O, Naxçıvanik ərazisində minaya düşdü. Abdalgülablıya kimi ərazilərə biz nəzarət edirdik. Uğurlu əməliyyatlarıma görə mənə tapança bağlışladılar.xa0


Qarabağ savaşında 12 kəndi işğaldan azad edilməsi istiqamətində uğurlu əməliyyatımız oldu. Döyüşlərdə kontuziya da aldım, bir neçə dəfə yaralandım da, amma dövlətimdən heç bir şey istəməmişəm. Bir dəfə çox ağır əməliyyat keçirdik və evimizə şəhid xəbərim gəldiyi üçün atam həyəcandan xəstəlik tapdı və bir müddət sonra dünyasını dəyişdi. Mən vətənim üçün xidmət etmişəm. Ölkənin cənub bölgəsindən olan döyüşçülərimiz çox qəhrəmanlıq göstərdilər. 1994-cü ildə ordu sıralarında tərxis olundum.xa0

Müharibədən sonra ailə qurdum, indi iki övladım var tələbədirlər. Bu gün çox şahidi oluram ki, döyüşdə olmayanların çoxu özlərini reklam edir. Heç cür bu məsələlərlə razılaşa bilmirəm. Hələ ki, torpaqlarımızın işğal altındadır və biz belə ucuz reklamlarla məşğul olmalı deyilik”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO