“Haqqımda yazılan böhtanlara, şayiələrə cavab vermirəm” 
 -Xalq yazıçısı

“Haqqımda yazılan böhtanlara, şayiələrə cavab vermirəm” -Xalq yazıçısı

Hazırda oxunan: “Haqqımda yazılan böhtanlara, şayiələrə cavab vermirəm” -Xalq yazıçısı

225416

Xalq yazıçısı, baş nazirin sabiq müavini Elçinxa0Modern.azxa0saytına geniş müsahibə verib.

Müsahibə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda baş tutub. Qeyd edək ki, mayın 13-də Elçin Əfəndiyevin 75 yaşı tamam olub.


Moderator.az Modern.az-a istinadənxa0Elçinlə müsahibəni təqdim edir.


- El
çin müəllim, doğum günüxa0ərəfəsindəxa0prezidentxa0İlhamxa0Əliyev sizi “Şöhrət” ordeni iləxa0təltif etdi. Beləxa0yüksək ordenəxa0layiq görülməyinizi necəxa0qiymətləndirirsiz?

- Fürsətdən istifadə edib cənab prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçüncü ordenimdir.xa0 “İstiqlal” ordeni, “Şərəf” ordeni və “Şöhrət” ordeni! xa0Bunu çox yüksək qiymətləndirirəm. Müstəqil Azərbaycanın 3 ordenini almışam, gizlətmək istəmirəm, bu, mənə çox böyük qürur verir. Mən 25 il Baş nazirin müavini vəzifəsində çalışmışam. xa0Bu, Ginnesin rekordlar kitabına düşəcək rəqəmdir. Sizə deyim ki, 25 ili həyatımda çox əlamətdar dövr hesab edirəm. Ona görə ki, bir var Azərbaycanın xa0müstəqillik uğrunda apardığı mübarizəyə kənardan baxasan, bir də var ki, bilavasitə bu işlərin içində olasan. 25 ilin 10 ilini ulu öndər Heydər Əliyevin dövründə işləmişəm. 1993-cü ildən 2003-cü ilə qədər... Heydər Əliyevin şəxsiyyətinin miqyası olduqca böyükdür. Heydər Əliyev məktəbi çox zəngin bir məktəbdir. 15 il isə cənab İlham Əliyevin Respublikaya rəhbərliyi dövründə çalışmışam. Bu da unudulmaz illərdir. İlham Əliyev Azərbaycan xalqının müstəqilliyi, azadlığı, ərazi bütövlüyümüz xa0uğrundaxa0 böyük mübarizə, mücadilə aparır. Hazırda dünyanı idarə edən ikili standartlar siyasəti mövcuddur. İlham Əliyevinxa0 həmin ikili standartlara qarşı apardığı mübarizə isə tarixi mübarizədir. Yenə də fürsətdən istifadə edib Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı və təbliği ilə bağlı xidmətlərini xüsusi qeyd etmək istəyirəm.

- Mərhum Heydərxa0Əliyevləxa0ilk tanışlığınız nəxa0vaxta təsadüf edir?xa0

- 1975-ci ilin oktyabrında Nizami institutunda çalışırdım. Cavan oğlan idim. O zaman Heydər Əliyevxa0 ilk dəfə məni qəbul etdi. Rəhmətlik İmran Qasımov Azərbaycan Yazıçılar İttifaqında 1-ci katib idi. O, Yazıçılar İttifaqına katib gəlməyimi istəyirdi. Amma bir qrup yazıcı – rəhmətə getdikləri üçün ad çəkmək istəmirəm- mənim İttifaqa gəlməməyimə görə təzyiq göstərirdilər. İmran Qasımov isə Yazıçılarxa0 İttifaqında yeniliyə, gəncləşməyə xa0çalışırdı. Heydər Əliyev o görüş xa0zamanı dedi ki: “İmran Qasımov Yazıçılar İttifaqını cavanlaşdırmaq istəyir. Bu çox yaxşıdır. Məsələnin digər tərəfi də var. Yenilənmə... Ədəbiyyat ocağına gedirsənsə, ədəbiyyatda yenilənmə etməlisiniz”.
1975-ci ildən Yazıçılar İttifaqına getdim. Sonra “Vətən” cəmiyyətini yaratdıq. Daha sonra isə Nazirlər Kabineti....



- 25 ilxa0
çox böyük rəqəmdir. Dediyiniz kimi, 25 il Ginnesin rekordlar kitabına düşəcək tarixdir.xa0xa0İnsan müəyyən müddətdən sonra eyni işdən, eyni vəzifədənxa0 yorulur. Sizdəxa0isəxa0eyni proses 25 il davam etdi. “Səhər işəxa0get, axşam evəxa0gəl”. Bezib usanmadınızmı?

- Bezib yorulmaq söhbəti deyil, mən harda işləsəm də, ilk növbədə yazıçıyam. O vəzifədə ki çalışırdım, bu, yazıçı üçün çox böyük material idi. Cəmiyyətin müxtəlif təbəqələri ilə təmasda olurdum. İnsanların problemləri, xoşbəxtliyi, faciəsi... Mən gördüyüm, ərsəyə gətirdiyim işləri reklam etməyi sevmirəm. Adətən səhərlər erkən yuxudan dururam, saat 5-də, zəngli saatsız. xa0Saat 5-9 arası yaradıcılıq işlərimdir. Ümumiyyətlə, mən səhərlər yazıram.xa0 Amma çox yazarlar axşam yazır. Məsələn, rəhmətlik İsa Hüseynov gecə 12-dən, 1-dən sonra, İlyas Əfəndiyev də axşamlar yazıb səhərlər redaktə edirdi. Gündəlik yaşayışım bu cür formalaşıb. Səhər saat 9.30-da işdə olurdum. İş vaxtı 6-da qurtarsa da, müəyyən işlərə görə evə gec də gedə bilirdim. Bu, işin çoxluğundan asılı idi. Əlbəttə, hər bir vəzifə zaman məsələsində yazıçının vaxtını alır.

- Amma yaradıcıxa0insana vəzifəxa0verilən zamanxa0 təbrik edənlərxa0çox olsa da,xa0 təəssüf məqamıxa0həmişəxa0var.xa0Çünki vəzifəxa0yaradıcıxa0insanısadəxa0vətəndaşın arasından tamamiləxa0qoparır deyirlər. Maraqlıdır, yaradıcıxa0insanlara vəzifəxa0verilərkən onlar nəyi itirib, nəyi qazanırlar?

- Bu, həmin insandan asılıdır. Özümü müqayisə mənasında demirəm, ancaq Şah İsmayıl Xətai böyük imperiyanın başında dayanmışdı. Eyni zamanda, böyük şair idi. Yaxud da Molla Pənah Vaqifi nümunə gətirək. Bir tərəfdən qoşmalarında, gəraylılarında gözəlləri vəsf edirdisə, o biri tərəfdən də dövrün ağır proseslərində, siyasi həyatında çox aktiv iştirak edirdi. Qarabağ xanının vəziri idi. Dediyim odur ki, hər şey şəxsin özündən asılıdır. Əgər şəxs həqiqi yazıçıdırsa, onun üçün mövzu qıtlığı olmamalıdır. Hər adam onun üçün maraqlı olmalıdır. Həyatda bir-birinin eyni olan iki adam yoxdur. Hətta, əkizlər belə zahiri olmasa da, daxili aləmlərinə görə bir-birindən fərqlənir. Bunu görməyi bacarmaq lazımdır. Əgər bunları görə bilirsənsə, bu sənin yazıçı missiyana kömək edəcək.

- “Ölüm hökmü”, “Mahmud vəxa0Məryəm”,xa0 “Ağxa0dəvə” kimi iri romanlarınızı, birxa0çox hekayələrinizi Sovet dövründəxa0qələməalmısız. Maraqlıdır ki, Sovetxa0dövrüxa0iləxa0müqayisədəxa0indikixa0əsərlərinizdəxa0mövzu fərqliyini hiss edəxa0bilirsinizmi?


- Heç bir fərq hiss etmirəm. Sovet dövründə yazdıqlarımınxa0 içində müstəqil Azərbaycan vətəndaşından gizlədiləcək bir mövzum yoxdur. Bu gün də Sovet dövründə çap olunan adını çəkdiyiniz romanların hər birini, bir yerini dəyişmədən, ixtisar etmədən oxucuya təqdim edirəm.

- Bəs Qarabağ,xa0xa0şəhidlər mövzusu Elçin müəllimin yaradıcılığında necəxa0yer alıb?

- “Bayraqdar” povestim, qaçqınların həyatından bəhs edən hekayələrim var. “Qarabağ şikəstəsi” adlı böyük xa0hekayəm var və s. İndi hansı qəzeti, yaxud jurnalı əlinə götürsən, şəhidlər, Qarabağ haqqında yazılar görəcəksən. Təəssüf ki, o yazıların böyük əksəriyyəti bədiilik baxımındanxa0 şəhidlərin ruhuna layiq səviyyədə deyil. Bir məqamı deyim. Sovet dövründə mövzu arxasında gizlənənlər vardı. Traktordan, pambıqdan, camışçılıqdan yazırdılar. Öz istedadsızlığını bu mövzuların arxasında gizlədirdilər. İndi bizdə də bunun əks tərəfi baş verib. Oxucu üçün müqəddəs olan mövzuların arxasında gizlənirlər.

- İndixa0çox şeyə “don geyindirənlər” tapılır. Fikir vermisinizsə, son dönəmlərdəxa0cəmiyyət sadəxa0hadisələri beləxa0sakit qarşılaya bilmir. Bunun səbəbləri nədir?

- Cəmiyyət xa0ayrıca bir qurum deyil. Müxtəlif təbəqələrin, müxtəlif düşüncəyə sahib olanların toplusudur. Cəmiyyətdə formalaşan insanların arasında savadlı və savadsız, nələrdənsə incik düşən, səhv edən, xa0yaxud etməyənxa0 kəsim mövcuddur. Bu məsələlərə diferensial, soyuqqanlıxa0 yanaşmaq lazımdır. Bəzi qələmxa0 dostlarımdan xa0fərqli olaraq, mən haqqımda yazılan böhtanlara, şaiyələrə, naşı yazılara xa0cavab yazmıram. Səviyyəsizlik həmişə olub və olacaq.


- Bir vaxtlar haqq
ınızda beləxa0sözlər yazılırdı. Sizdən söz düşəndəxa0o məsələxa0mütləq gündəməxa0gəlir.xa0


“Elçin başxa0nazirin müavini olduğuxa0üçün pyesləri Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulur”. Yəni sizin yazıçılığınız yox, vəzifəniz qabardılırdı.xa0

- Əgər mənim yaradıcılığım bu cür fikirlərə dözməyəcəksə, o zaman yaxşı edib yazırlar. Özümü müqayisə etmirəm, ancaqxa0 baxın, Azərbaycan mətbuatında Cəlil Məmmədquluzadənin və onun “Molla Nəsrəddin” jurnalı haqqında nələr yazmayıblar?!. Üzeyir Hacıbəyov haqqında nələr yazmayıblar?! Yaşayan kimdir?! Yaşayan yenə də Cəlil Məmmədquluzadə,xa0 Üzeyir Hacıbəyovdur. Təsəvvür edin, mənim pyeslərim Londonda bir neçə dəfə tamaşaya qoyulub. O zaman zəng etməliyəm Kraliçaya ki, danışan baş nazirin müavinidir. Əsərimi orada tamaşaya qoyun? xa0Nyu-Yorkda “Şekspir” pyesim tamaşaya qoyulanda mənim üçün sürpriz olmuşdu. Deməli, Amerika prezidentinə zəng etməliyəm ki, baş nazirin müaviniyəm. Əsərimi tamaşaya qoyun?! Gülünc bir şeydir.xa0xa0 Əgər bir pyesi teatra təqdim edəcəmsə, onu uzun müddət saxlayıram, oxuyuram. Fikrinə inandığım insanlara oxumaq üçün təqdim edirəm. Əgər hiss etsəm ki, cüzi narazılıq var, heç vaxt o əsərin tamaşa qoyulmasına razı olmaram. xa0Azərbaycanın teatrları yaxşı əsəri heç vaxt geri qaytarmaz. Yaxşı əsərə həmişə ehtiyac var. Mən, Ərəbzəngi kimi deyirəm ki, kimsə “Azdrama”ya pyes təqdim etməsin?! Gülüncdür. “Elçin vəzifəsindən istifadə edib əsərlərini tamaşaya qoydurur”. Bu, xa0o qədər cəfəng söhbətdirxa0 ki, üzərində dayanmağa ehtiyac yoxdur.

- Yeri gəlmişkən, bir məqama da toxunaq. Tez-tez vəzifədəxa0olan, vəzifədən gedən məmurlar haqqında faktlaraxa0əsaslanan yazılar yazılır. “Filankəs, filan yeri monopoliyaya alıb. Filan sahəxa0onun inhisarındadır” tipli məsələlər cəmiyyəti narahat etməkdədir. Bu məsələlərləxa0bağlıxa0hər hansıxa0narahatlığınız yoxdur ki?

- Qətiyyən! Heç bir narahatlığım yoxdur. Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycan mətbuatında böyük vəzifə ajiotajı var. “Filankəsi sabah vəzifədən çıxaracaqlar. Filan yer boşdur. Mötəbər mənbələrdən eşitmişik ki, bunun yerinə filankəsi qoyacaqlar” və sairə. Azərbaycan mətbuatında bu dərəcədə vəzifə aludəçiliyi yerə-göyə sığmır. Şayiələr mətbuatda yerə-göyəxa0 sığmır. Düzdür, bu cür hallar mətbuatda həmişə olub, ancaq bu, təsginlik deyil.

- Yeni formalaşan Nazirlər Kabinetindəxa0artıq yoxsunuz...xa0

-xa025 ildən sonra, eyni vəzifədən getməyim təbiidir. Yeni tərkibdə olmamağıma son dərəcə təbii hadisə kimi baxıram. Vəzifə kiminsə boyuna biçilməyib.

- Nazirlər Kabinetinin yeni tərkibində gənclərin sayı üstünlük təşkil edir. Hökumətdə gənc kadrların yer almasını necə qiymətləndirirsiniz?xa0

- Gənclərlə işləmək çox yaxşıdır. Formalaşan yeni kabinetdə yer alan gənclərin bir qismini tanıyıram. İndiki vergilər naziri Mikayıl Cabbarovla hələ təhsil naziri olduğu vaxtlarda bir yerdə çalışmışıq. Çox qabiliyyətli insandır. Öz vəzifəsinin öhdəsindən gələ biləcək. Buna şübhəm yoxdur. Etimadı doğruldacaq.xa0
Yeni təhsil naziri Ceyhun Bayramova da yaxşı tanıyıram. Onunla bir neçə ay birgə çalışmışıq. O da məndə xoş təəssürat yaradıb. İşgüzar, dünyagörüşü olan gəncdir. O birilərini yaxşı tanımıram. Sadəcə olaraq gənclərin hər biri ilə bağlı arzum odur ki, prezidentin etimadını doğrultsunlar. Prezidentin etimadını doğrultmaq o deməkdir ki, həm də xalqın etimadını doğruldurlar. Xalqın rifahı üçün çalışsınlar və bu etimadı doğrultsunlar.

- Hər kəsi bir sual düşündürür. Elçinxa0Əfəndiyev 25 illik qaynar fəaliyyətdən sonra yeni vəzifəxa0gözləyirmi?

- Mənim ən böyük vəzifəm yazıçı olmağımdır.

- Sabiq başxa0nazir Artur Rasizadəxa0iləxa0əlaqəxa0saxlayırsınızmı?

- Əlbəttə, elə dünən telefonla danışmışıq.

- Razılaşarsınız ki, Artur Rasizadəxa0çox tənqid olunan hökumət adamlarından olub. Xüsusən də, onunxa0öz ana dilindəxa0danışa bilməməsi qınaq obyektinəxa0çevrilib.


- Artur müəllim haqqında bu tipli xa0yazılanlarda böyük yanlışlıq var. Bu da onu tanımamaqdan irəli gəlir. Əlimərdan bəy Topçubaşov Azərbaycan dilini çox pis bilirdi. Lakin bu onun böyük fəaliyyətini azaldırmı? xa0Rasizadə xa0rus təhsili alıb. Sizə bir söz deyim: xa0Artur müəllim, Azərbaycan dilini də çox yaxşı xa0bilir. Onunla həmişə Azərbaycan dilində danışmışam. Rasizadənin yaşının çox olmasınaxa0 baxmayaraq, kobud səslənsə də, onun zehni kompyuter kimi çalışır. O, iqtisadiyyatı, sənayeni, maliyyə məsələlərini dərindən bilən adamdır.xa0 O, çox təcrübəli şəxsdir. Artur Rasizadə milli və ləyaqətli insandır.

- Azərbaycanda yeni yazarlar nəsli formalaşmaqdadır. Gənclərdən kimləri oxuyursuz?

- Misal üçün, Mübariz Cəfərlinin, Şərif Ağayarın xa0əsərlərini oxuyuram. Qan Turalının məqalələri, esseləri xoşuma gəlir. İstedadlı adamdır. Xüsusilə, qadın şairələr var. Hətta, onlar haqqında böyük məqalə yazdım. Misal üçün, Hədiyyə Şəfaqət və başqaları...

- Yaradıcılığınızda uşaqlarxa0üçün yazdığınız maraqlıxa0 hekayələr var. “Aysunun, Humayın, Günayın nağıllarıxa0hekayəniz dahaxa0çox diqqətxa0çəkir. Hekayəyəxa0qızlarınızın adınıxa0vermisiz. 3 qız atasısız. Nədir qız atasıxa0olmağınxa0üstünlükləri?

- O qızlara malik olmağın özü elə üstünlükdür.


- Ad
ətən, qız uşaqlarının atasına daha yaxın olduğu söylənilir. Sizdəxa0vəziyyət necədir?

- Qızlarımla ilk növbədə dostam. Məncə, bu yetər.

- Bir ara Yazıçılar Birliyinin sədri Anarla münasibətlərinizin soyuq olduğu deyilirdi.xa0İndi münasibətlər necədir?

- Anarla münasibətlərimiz həmişəki kimidir. Biz həmişə dost olmuşuq. Bizi birləşdirən bir çox cəhətlər var. Ailələrimiz bir-birlərini tanıyıblar. Anarla 50 ildir ki, dostluğumuz var. Anar mənim üçün məhrəm bir adamdır. Ola bilsin ki, ayrı-ayrı vaxtlarda aramızda um-küsü olub. Amma sərhədi keçmək söhbəti olmayıb. Bizə görə kimsə nigaran olmasın. xa0Hətta, sizinlə görüşdən yarım saat qabaq telefonda danışdıq. Oljas Süleymanovla xa0nahara xa0dəvət etdi. Sizinlə görüşüm, sonra da rayona səfərim olduğu üçün, gedə bilmədim.

- Bir qədər dəxa0pedaqoji fəaliyyətinizdən danışaq. Bundan sonra yazıçıxa0Elçin tələbələr qarşısında tez-tez görünəxa0biləcəkmi?

- Bakı Dövlət Universitetinin professoruyam. Auditoriya qarşısına çıxıb-çıxmamağımla bağlı fikirləşirəm. Amma cavanlarla işləmək mənim üçün də maraqlıdır. Növbəti dərs mövsümünə qədər bu barədə düşünmək istəyərəm. Hələ ki, qərara almamışam.

- Yeni işxa0təklifləri olurmu?

- Həm Azərbaycan, həm də Türkiyə universitetlərindən xa0dəvətlər gəlir. Xüsusilə, Türkiyənin Yedi Təpə Universiteti orada mühazirələr oxumağımı istəyir. Ancaq hələ ki xa0bir az başım qarışıqdır.xa0 Bu günlərdə Rus Dram Teatrı “Absurd” pyesimin tamaşasınınxa0 məşqlərinə başlayıb. Bir müddət bundan qabaq Londondanxa0 xəbər gəldi. İngilis bəstəkar “Cəhənnəm sakinləri” pyesim əsasında muzikl xa0yazıb. Bu muziklxa0 mənim üçün gözlənilməz oldu. İngilis bəstəkar Azərbaycan yazıçısının pyesi əsasında muzikl yazıb və əsəri Cənubi Koreyanın Opera və Balet Teatrı sifariş edib. Seulda tamaşaya qoyuldu. Təəssüf ki, o tamaşaya baxa bilməmişəm. İndi Londonda tamaşa hazırlanır.

- Bir vaxtlar “Vətən” Cəmiyyətiniz vardı. Orada sədr idiniz.xa0İndi o cəmiyyət fəaliyyət göstərirmi?

- O cəmiyyət artıq öz missiyasını başa vurub.

- Yenidən eləxa0bir cəmiyyətin yaranmasına ehtiyac duyursunuzmu?

-Hər şey Diasporla İş üzrə Dövlət Komitəsindən asılıdır. xa0Əgər bu komitənin işi geniş miqyas alarsa, hər hansı cəmiyyətin yaranmasına ehtiyac görmürəm. Çünkixa0 dövlətin xüsusi bir komitəsi var. Komitə üzərinə düşən işi bundan sonra daha da yaxşı yerinə yetirməlidir.

- Son olaraq istirahətiniz barədəxa0soruşmaq istərdim. Bu qədər gərgin işin içindəxa0necəxa0istirahət edirsiz?

- Mənim istirahətim odur ki, səs salmayın işləyirəm.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO