Xəbər verdiyimiz kimi, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə və baş redaktorun müavini Tural Səfərov bu günlərdə Türkiyədə səfərdə olarkən Qars vilayətinin Koçköy kəndində xalq qəhrəmanı Sultan bəyin məzarını da ziyarət ediblər (bax: moderator.az/news/192598.html ). . Lakin saytımızda bu haqda reportaj yayımlandıqdan sonra sözügedən ünvandakı məzarın guyaxa0 xalq qəhrəmanına aid olmaması haqda bəzi iddialar səslənib.xa0
Xalq qəhrəmanıyla bağlı bu və digər məsələləri araşdırmaqxa0 üçün əməkdaşımız Sultan bəylə eyni nəslin ən yaşlı nümayəndələrindən biri ilə görüşüb. Bərdədə yaşayan, rayonda sayılıb-seçilən, nüfuzlu şəxslərdən biri olan Mütalib Muradov xalq qəhrəmanının həyatına aid bir sıra məqamlara da aydınlıq gətirib.

xa0(Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: www.moderator.az/news/193274.html )
“Süleyman Rəhimov “Şamo”x9d romanında Sultan bəyə iftira atmaqla bütün Laçın, Zəngəzur camaatını təhqir edib...”x9d
Mütalib bəylə Bərdədə yaxın dostu Vaqif həkimin kabinetindəki söhbətimizi sovet dövründə bəy ata-babalarına vurulmuş zərbələr haqda hekayətlərlə davam edirik:
“Sovet dövründə Sultan bəyin, Xosrov bəyin ailələri, övladları, bütün yaxın qohum-əqrəbaları repressiyalar, sürgünlərdən əlavə, ədəbiyyat və mətbuatımız tərəfindən də ağır mənəvi zərbələrəxa0 məruz qalmışlar. Bəzi yazıçılar Azərbayanın ərazi bütövlyü, müstəqilliyi uğrunda mübarizədə canlarından, varlarından, övladlarından keçmiş bu oğulları “xalq düşməni”x9d kimi qələmə verməklə sovet dövlətindən mükafat və imtiyazlar almağa çalışıblar. Təəssüf ki, xalq yazıçıları Süleyman Rəhimov və Əli Vəliyev də Sultan bəyi öz əsərlərində tam mənfi obraz kimi təsvir ediblər. Onu çox zülmkar, əzazil, qan içən bir bəy kimixa0 tanıdıblar oxucuya.xa0xa0

S.Rəhimov özünün Zəngəzurda inqilabi quruculuqdan bəhs edən məşhur “Şamo”x9dxa0 epopeya-romanında Laçın, Zəngəzur camaatınn heysiyyatına toxunan, özünün təxəyyülünün məhsulu olan qondarma hadisələrdən bəhs edib. Amma ata-babalarımız, camaat əsl gerçəkləri bilib. Sovet dövründə Laçında maarif şöbəsinin müdiri, poçt şöbəsinin rəisi kimi vəzifələrdə çalışmış Fazil Abbasov Süleyman Rəhimova deyib ki, sən “Şamo”x9dromanında bütün Laçın camaatına ləkə yaxmısan. Deməli, bir gün Qubadlı tərəfdən Laçına gələn Süleyman Rəhimov Laçının Turşsuyunda rayonun o vaxtkı I katibi Muradxan Cabbarovla görüşür. Muradxan müəllim də bir ziyalı, maarif müdiri kimi Fazil Abbasova telefon açıb onu da yazıçı ilə eyni süfrəyə dəvət edir. Ancaq ona öncədən qonağın kim olduğunu demir.xa0
Fazil müəllim Ağanus kəndindəki Turşsuya gəlib yeməkxanadaxa0 I katiblə masa arxasındaxa0 Süleyman Rəhimovun əyləşdiyini görəndə deyir ki, bilsəydim, heç buraya gəlməzdim. Cabbarov hirslənib ki, bu nə sözdü danışırsan, hörmətli qonağın yanında. Fazil müəllim cavab verib ki, bu hörmətli qonaq öz romanında Sultan bəy haqda iftira və böhtanlar yazmaqla bütövlükdə Laçın, Zəngəzur camaatını təhqir edib. Əgər yazıçı sovet ideologiyasına uyğun olaraq bəyləri tənqid etmək istəyirdisə, bunu başqa yolla edəydi. O cavab versin, görək, bəlkə onların kəndində təzə evlənən oğlan toy gecəsi gəlini əvvəlcə bəyin, yaxud kəndxudanın yatağına yolladıqdan sonra özü onunla yatıb. Bizim Laçın kəndlərində belə şey olmayıb, ola da bilməzdi.xa0 Fazil müəllim bunu deyib və dərhal məclisi tərk edib. Süleyman Rəhimov I katibdən soruşub ki, bu adam kim idisə, mənim 30 illik əziyyətimi bir neçə cümlə ilə heçə çıxardı. Bu cür haqpərəst çıxışlarına görə Fazil Abbasovu partiya üzvlüyündən, vəzifədən xaric etmişdilər...

Sultan bəyin oğlunu Ağdamın Qarağacı qəbiristanlığında dəfn etdirdim...
Həmsöhbətimizlə Sultan bəy nəslinin hazırda həyatda olan digər nümayəndələri ilə maraqlanırıq.
“Sultan bəyin 3 oğlu və bir qızı vardı: Çingiz, Ənvər, Yusif Kamal Bəyim xanım. Hamısı Qazaxıstanda sürgündə olmuşdu. 1950-ci illərin sonunda qayıtmışdılar. Çingiz sürgündə ikən rus qadınla evlənmişdi. Bakıda rəhmətə getdixa0 və mən onu gətizdirib Ağdamın Qarağacı qəbiristanlığında, atam Murad bəyin məzarının yanında dəfn etdirdim.xa0 Təkcə Ənvərin xanımı azərbaycanlı idi. Onun da iki oğlu vardı: Elburus və Bahadur. Elburus Muradov Bakı metropoliteninin keçmiş baş mühəndisi idi. Son illər rəhmətə gedib(Qeyd: yazının ötən hissəsində Elburus Muradov səhvən Sultan bəyin qızı Bəyim xanımın nəvəsi kimi təqdim olunub. Oxuculardan üzr diləyirik-S.L.).xa0 xa0Bahadur Muradov isə xeyli müddətxa0 Bakıda daxili orqanlarda çalışıb. Yusif Kamalın da xanımı rus olub. Oğlanlarından biri Kalininqradda yaşayır, dənizçidir.xa0 Bəyim xanımın Kazbek adlı bir oğlu Bakıda, Respublika Klinik Xəstəxanasında tanınmış göz həkimi olub.xa0

Xalq şairi Məmməd Aslan Sultan bəy nəsli ilə necə qohumlaşdı?
Hazırda Sultan bəyin xaricdəki törəmələri, məzarı və s. ilə maraqlananlardan biri də qardaşı İsgəndər bəyinxa0 Rüstəm adlı nəvəsidir. O da Sultan bəyin digər qardaşının adını daşıyır. Bakıda neft buruqları-filanı olub Rüstəm bəyin, Lökbatan ərazisinə o, nəzarət edirmiş...xa0 Tale elə gətirdi ki, İsgəndər bəyin oğlu Mustafa Kamalın övladı olan həmin nəvə Rüstəmxa0 xalq şairi Məmməd Aslanın kürəkəni oldu...
Rəhmətlik Məmməd Aslan mənimlə çox yaxın dost idi. Tez-tez görüşüb dərdləşərdik. Hətta o, işlə bağlı Türkiyəyə uzunmüddətli səfərlərə gedəndə öz qızını gətirib bizim evdə qoyurdu. Sultan bəyin nəvəsi Rüstəm də o aralar bizə gələrdi. Məmmədin qızını görüb bəyənmişdi. Bir gün anamı da götürüb Məmməd Aslanın ocağına elçiliyə getdik. Dedim ki, qardaş, öz oğlanlarımdan sənin qızına yaşca uyğun gələni yoxdu. Yoxsa, səninlə həm dost, həm də birbaşa qohum olmaqla qürur duyardım. Amma Mustafa Kamal əmimin bir yaxşı oğlu var, Təbrizə xanımı ona istəyirik. Rəhmətlik qayıtdı ki, mənim üçün də belə bir şanlıxa0 nəsillə qohum olmaq böyük şərafətdir.xa0 Xülasə,xa0 elə ilk elçilikdən qızın “hə”x9dyini aldıq, az sonra təm-təraqla toylarını etdik. Bu saat da xoşbəxt yaşayırlar. Rüstəmlə Təbrizənin oğlu olanda təklif etdim ki, adını Məmməd qoyaq. Ancaq rəhmətlik şairimiz dəxa0 çox alicənablıq edib uşağın ata babasının da adını calaşdırıb nəvəsininxa0 adını Məmmədkamal qoydu...

İsgəndər Həmidovun atası Məcid kişixa0 repressiyadan sonra atamın normal həyata qayıtmasına çox köməklik edib...
Mənim atam Murad bəy Qazaxıstana sürgün edilərkənxa0 səhralardan birində qatardan düşüb qaçıb böyük əzab-əziyyətlə Azərbaycana gəlib. Uzun illər minbir çətinlik və müsibətlərlə üzləşib. Ali məktəbə daxil olub qovublar, işə düzələ bilməyib. Sonra göndəriblər müharibəyə. Müharibədən dəxa0 öz nəslini məhv edən bir hökumət uğrunda vuruşmaqdan imtina edərək qaçıb və başlayıb sovet hakimiyyətinə qarşı qaçaqlıq etməyə.xa0 Atamın normal həyata qayıtmasındaxa0 rəhmətlik Məcid Həmidovun böyük köməyi olub. Məcid kişi keçmiş daxili işlər naziri İsgəndər Həmidovun atası olub. O vaxt kəndlərdən birində sovet sədri işləyib. Məcid kişi atama pasport almaqda-filanda çox köməklik edib...”x9d
Sultan bəy Mir Cəfər Bağırovun Vətənə qayıtmaq çağırışından imtina etmişdi...xa0
Danışdıqca xəyalımıza vüqarlı dağları, qartalların uçuşunu, boz qurdlarınxa0 hənirtisini gətirən Mütalib bəyin yaddaşının dərinliklərindən yeni-yeni xatirələr çözələnməyə başlayır:
“Söhbət etdiyim ağsaqqallar danışırdı ki, 1930-cu illərdə Mir Cəfər Bağırov o zaman İranda yaşayan Sultan bəyəxa0 Laçının Daşlı kəndindən olan “NKVD”x9d işçisi Xasay vasitəsilə məktub yollayır ki, qayıt gəl Azərbaycana, sənə yaxşı vəzifə verəcəm. Ancaq Sultan bəy bundan qəti şəkildə imtina edir...xa0
Xalq Cümhuriyyəti rəhbərliyi Sultan bəyə Bakı şəhər rəisi vəzifəsini təklif etmişdi...
Məhəmmməd Əminxa0 hokumətinin vaxtında Sultan bəyi Bakıda şəhər rəisi işləməyə də dəvət ediblər. Deyiblər ki, hazırkı dolaşıq dövrdə burada yalnız sən nizam-intizam yarada bilərsən. Sultan bəy bu təklifə çox ibrətamiz cavab verib:”x9dMən xalqı dağlarda, erməni daşnakları ilə üzbəüz qoyub kabinetlərdə, Qubernator bağında əcnəbi qadınlarlaxa0 eyş-işrətə qapıla bilmərəm. Mən Çalbayırda doğulmuşam, orada da ölmək istəyirəm...”x9dxa0
“Bu gün bir gözümüz o torpaqlar üçün ağlasa da, o birisi cəsarətlə irəli baxmalıdır...”x9d
Xülasə, Sultan bəy, Xosrov bəy kimi oğullar və onların qorumuş, azad etmiş olduğu doğma torpaqlarımız, dağlarımız da unudulmamalıdır. Nə yazıqlar ki, bolşevik hökumətinin nəsil-nəcabətini pərən-pərən saldığı o bəylərin, o köhnə kişilərin yurdlarını da xarici havadarlarına arxalanan ermənilər zəbt edib viran qoydu...xa0
Mən özüm Laçında doğulmamışam. Amma bu gün televiziyada Laçının Şuşa tərəfdən girişindəki ermənilərin dağıtdığı o köhnə “Laçın”x9d yazısını hər dəfə görəndə ağlayıram... Ancaq bizim bir gözümüz ağlamalı, o biri gözümüz cəsarətlə irəli baxmalıdır və biz hər birimiz o yurdların azad edilməli olduğu günün tezləşməsi üçün əlimizdən gələni etməliyik...”x9d
Sultan Laçın



































































































