Bu günlərdə jurnalist Cümşüd İsgəndər Moderator.az-ın redaksiyasına zəng edərək bildirdi ki, ölkə prezidenti rayonların icra başçıları, ayrı-ayrı məmurlar tərəfindən aldadılır. Həmçinin bununla bağlı əlində kifayət qədər ciddi faktların olduğunu vurğuladı. Qeyd etdi ki, saytımız vasitəsilə bütün faktlarla bağlı ictimaiyyətə, əsasən də ölkə prezidentinə məlumat vermək istəyir.xa0
Moderator.az olaraq biz də öz növbəmizdə Cümşüd İsgəndəri dinləyib, dediklərini qələmə aldıq. İndi həmin müsahibəninin birinci hissəsini təqdim edirik.

- Cümşüd müəllim, bildirdiniz ki, prezident İlham Əliyev bir sıra məmurlar tərəfindən aldadılır və bununla bağlı əlinizdə kifayət qədər faktlar var. Bilmək istəyərdik ki, kimlərdir prezidenti aldadanlar?
- Əvvəlcə çağırışıma biganə qalmayıb mənə vaxt ayırdığınız üçün Moderator.az saytına təşəkkür edirəm. Müsahibəni sizə vermək istəməyəyim həm saytınıza olan rəğbətimdən, həm də saytınızın kifayət qədər oxucu auditoriyası olduğundan irəli gəlir. Qeyd edim ki, ölkəmizin indiki vəziyyəti olduqca ağırdı, bütün sahələrdə vəziyyət son dərəcə gərginləşib. Düzdür, bu, dünyada baş verən böhranla əlaqələndirilir, ancaq mən belə deməzdim. Mən Azərbaycan vətəndaşıyam, Azərbaycanı varlığım qədər sevirəm, xalqıma, vətənimə, prezidentimə bağlı olan bir insan kimi bəzi faktları açıqlamaq istəyirəm.xa0
İlk əvvəl ondan başlayım ki, mətbuatda külüng vurduğum 40 ilin son 10 ilini bələdiyyə sahəsində çalışıram və bu səbəbdən bütün bələdiyyələrdə olmuşam, rayonlarımızı kəndbə-kənd gəzmişəm. Həm yerli əhaliylə, həm də bələdiyyə sədrləri ilə söhbətlər aparmışam və gördüyüm faktlar məni dəhşətə gətirib. Əvvəla, bu gün bələdiyyə quruluşu Azərbaycanda iflasa uğrayıb. Son dövrlərdə çalışmışıq ki, bələdiyyənin gələcəyinə ümidlə yanaşaq, ancaq fakt göstərib ki, bələdiyyənin vəziyyəti günü-gündən gərginləşir. Bu gün bələdiyyə xa0şah rejimi qarşısında süpürgəçilərə bənzəyir. Yəni bələdiyyənin qapı süpürgəçisi qədər hörməti yoxdur. Bələdiyyənin nüfuzu həm də xalq arasında çox aşağı səviyyəyə düşüb. Bunun əsas səbəbi ölkədə prezidentə olan münasibətlə bağlıdır. Xalq bütün problemlərin səbəbini son ayaqda prezidentdə görür.

- Nəyə görə deyirsiniz ki, prezident aldadılır, bu qənaətə niyə gəlmisiniz?xa0
- Açıq deyim ki, mən Azərbaycan Respublikasının prezidentinin gücünə, onun xalqımız üçün həm xarici, həm də daxili siyasətdə gördüyü işlərə şahidəm və buna inanıram. Bələdiyyə, eləcə də başqa sahələrdə çoxsaylı qanunlar təsdiq olunub, prezidentin sərəncamları var və bütün bunlar göstərir ki, bu işdə prezident çox fəaldır, prezidentin arzu və istəkləri xalq üçün gərəklidir. Ancaq vəziyyət bir qədər başqadır. İnanmıram ki, prezident baş verənləri görsün, bilsin, ancaq göz yumsun, buna qəti inamım yoxdur. İnamım odur ki, prezident Azərbaycan xalqının inkişafı üçün əlindən gələni edir və etmək istəyir, lazımi vəsaitlər ayrılmasına şərait yaradır, lazımi işləri həyata keçirməyə cəhd edir. Ancaq əfsuslar ki, bu tapşırıqlar yerlərdə öz əksini tapmır.xa0
- Cümşüd müəllim, konkret faktlara keçəsiniz bəlkə...
- 2014-cü ilin dekabr ayında növbəti bələdiyyə seçkiləri keçirildi və bu seçkilərdə nədənsə qadınların bələdiyyə sahəsinə cəlb olunmasına fəallıq göstərildi. Əslində buna irad bildirməyə haqqımız yoxdur, çünki seçkili orqanda qadın-kişi məsələsi yoxdur, əhalinin seçdiyi lider qadın da ola bilər, kişi də. Ancaq nədənsə rayonlarda yararsız icra başçılarının fəallığı sayəsində bələdiyyə sahəsində heç bir səriştəsi olmayan adamlar bu sahəyə gətirildi. Hətta məlumat verildi ki, həmin bələdiyyə seçkilərində 36 faiz qadınlar seçilib. Düzdür, respublika bələdiyyələrində çalışan çox fəal, bacarıqlı qadınlar çoxdur. Ancaq ayrı-ayrı rayonlarda heç bir əmək təcrübəsi olmayan, əhali tərəfindən tanınmayan 20-22 yaşlı qızlar bələdiyyəyə gətirildi. Seçki komissiyasına, eləcə də prezidentə hesabat verildi ki, seçilən 36 faiz qadınların 27 faizi bələdiyyə sədri olub. Hımin vaxtdan iki ildən çox vaxt keçib və icra başçıların əli ilə seçilmiş həmin qadınların 90 faizi bu və ya digər səbəbdən işdən kənarlaşıb. Bu zaman bələdiyyələr yenidən başsız qaldılar. Məsələn, Qazax rayonunda 4 bələdiyyənin sədri 20-24 yaşında qızlar seçilmişdi, həmçinin Qazaxbəyli bələdiyyəsinin sədri. Həmin bələdiyyənin əvvəlki sədri el arasında qəbul edilən, işi, fəaliyyəti ilə seçilən biriydi və 10 il bələdiyyəyə rəhbərlik etmişdi. Ancaq nədənsə son seçkidə onu kənarlaşdırdılar və yerinə tanınmayan, fəaliyyəti olmayan, qəbul edilməyən bir qız uşağı qoydular. Bir müddət keçməmiş isə həmin qızın yerinə tamam başqa bir adam qoydular. Belə hallar bütün rayonlarımızdakı bələdiyyələrdə mövcuddur və bu da yerli özünüidarəetmə sahəsinin işinə çox pis təsir göstərir. İnanmıram ki, bütün bunlardan prezident xəbərdar olsun, əgər məlumatlı olsaydı, indiyədək hər hansı bir tədbir görülərdi.xa0

İkinci, hazırda prezidentin göstərişinə uyğun olaraq bütün rayonlarda torpaq sahəsində ciddi islahatlar aparılır, daha doğrusu prezidentin göstərişinə uyğun olaraq əkin sahələri genişləndirilir, inkişaf etdirilir. Ancaq bədbəxtçilik budur ki, rayonlarda bələdiyyə torpaqlarına üstünlük verilmir. Əksər rayonlarda icra başçıları özlərini rayonun ağası kimi apararaq, özlərinin yaxın adamlarına torpaq sahələri ayırıblar, xüsusi MMC-lər yaradıblar. Güya həmin MMC-lər torpaq sahələrini əkib becərirlər, ancaq həmin MMC-lərin heç sahibləri belə bəlli deyil. Bütün bələdiyyələrə tapşırıq verilib ki, sən müəyyən ərazini əkməlisən və bələdiyyə sədrləri axşama qədər ciblərindən pul xərcləyərək həmin yerləri əkdirirlər, ancaq bilmirlər ki, əkdikləri yerdəki məhsulun sahibi kim olacaq. Güya prezidentin tapşırıqlarına uyğun iş aparılır, ancaq torpaqlar icra hakimlərinin adamlarınındır. Hansı ki, əhalinin torpağı boş qalmamalıdır, çalışılmalıdır ki, əhalinin torpağı, bələdiyyənin torpağı becərilsin. Artıq əhaliyə məxsus çox az torpaq qalıb, icra başçılarının, ayrı-ayrı nazirlərin adamları bu torpaqları alıblar. Məsələn, Qəbələ, Oğuz rayonunda demək olar ki, əhalinin pay torpağı qalmayıb, Bakıda yaşayan məmurlar tərəfindən alınıb, kəndçinin əli torpaqdan çıxıb. Bundan yüz faiz prezidentin xəbəri yoxdur, olsaydı tədbir görülərdi. Belə getsə 5-10 ilə kəndlilər pay torpaqlarından məhrum olacaq və öz torpaqlarında qul kimi işləməyə məcbur olacaq.xa0
- Bu məsələdə bir müdaxilə etmək istəyirəm. Pay torpaqlarının satılmasında kəndlilərin özlərində də günah var. Nədənsə kəndli torpağını əkib-becərməkdənsə, daha çox dəyər-dəyməzinə satmağa meyllidir...
- Bu barədə sizinlə qismən razıyam. Azərbaycan kəndlisi əslində torpağa bağlıdır, ancaq hökumət tərəfindən göstərilən qayğı aşağı olduğundan, əkdiyi torpağa qoyduğu xərci götürə bilmədiyindən çarəni torpağı satmaqda görür. Misallar sadalayıb, Quba-Qusar zonası bildiyimiz kimi bağçılıq zonasıdır, əhaliyə pay torpaqları kimi vaxtilə məhsuldar olan alma bağları paylanılıb. Ancaq həmin bağların yanında hansısa məmurların yüz hektarlarla bağ sahəsi var və nazirlərə, hökumət adamlarına məxsus əraziləri suvarmaq üçün gecə-gendüz su axıdılır. Öz torpağını becərmək istəyən kəndlilər isə bir xa0qab su tapmır ki, ərazisini suvarsın. Belə olan halda da kəndlinin bağı məhsul vermir və bir neçə ildən sonra məcbur qalır ki, torpağını həmin məmura satsın, əlindəki pulla heç olmazsa başqa bir iş görsün.xa0
Şabran rayonu ərazisində əhalinin hektarlarla pay torpaqları zorla əllərindən alınıb və yerində üzüm bağı salınıb. Mən orada xa0olmuşam və əhalini dinləmişəm, öyrənmişəm ki, həmin hektarla üzüm bağı vergilər nazirliyində çalışan bir şəxsə məxsusdur. Hazırda Şabranın Ağbaş kəndinin sakinlərinin bağlarını suvarmağa su yoxdur, ancaq min hektrlarla olan hmin üzüm bağında sudan geninə-boluna istifadə olunur. Kəndlilərin həyətlərindəki ağaclar belə qurumaq üzrədir. Necə olur ki, bu boyda haqsızlıq yaranır? Deməli, əhali pay torpağını istifadə etməyə hazırdır, ancaq onlara şərait verilmir, subsidiya verilmir, məhsul ortaya çıxsa belə bazarda sata bilmir. Çarəsiz vəziyyətə düşmüş kəndlilər də ayrı-ayrı məmurları görmədiyindən ancaq prezidenti görür və düşünür ki, prezident bütün bu işləri görmürmü. Ancaq gerçəkdən də prezident bu işlərdən xəbərsizdir.xa0
- Telefonda demişdiniz ki, prezidentin bölgələrdə açılışını etdiyi müəssisələr belə yalandan açılır. Bu barədə hansı faktlarınız var?
- Hörmətli prezidentimiz bir neçə dəfə Ağstafa rayonunda səfərdə olub və mən onun 3 səfərini sizə xatırladım. Ağstafanın Dağ Kəsəmənli kəndi Qazax-Ağstafa yolunun yaxınlığındadır. Həmin ərazidə əhaliyə məxsus 500 hektardan çox pay torpağı əhalidən məcburən alınıb və bir hektarına görə 1000 manat ödənilib. Bunu edən də Ağstafada yaşayan, icra hakimiyytinə xidmət edən, əlləm-qəlləm işlərlə məşğul olan cavan uşaqlardır. Torpaqları əhalidən məcburi şəkildə çox ucuz qiymətə alıb, sotunu 3000-4000 manatdan ayrı-ayrı şəxslərə ev tikmək üçün satıblar. Prezident də Ağstafaya gələndə göstəriblər ki, güya orada şəhər salınır, şəhər genişlənilir, minlərlə ev tikilib. Halbuki, pay torpaqlarında tikinti aparmaq qanunla qadağandır və prezidentin fərmanına əsasən pay torpaqlarında daha yuxarı məhsuldarlıq almaq üçün fəallıq göstərmək lazımdır. Ancaq Ağstafanın düz gözü qarşısında əhalinin pay torpaqlarında heç bir sənəd olmadan yüzlərlə dəbdəbəli evlər tikilib. Beləliklə prezidenti burada da aldadıblar.xa0

Başqa bir məsələ, Ağstafanın mərkəzi küçəsi Heydər Əliyev prospekti xa0adlanır və uzunluğu təxminən 500-600 metrdir. Prezident hər dəfə Ağstafaya gələndə həmin o küçə və Ağstafa icra hakimiyyətinin binasının yanındakı açıq muzey prezidentə göstərilir. Ancaq ayrı-ayrı küçələr bağlanılır, insanlar evdən çölə buraxılmır. Prezident də həmin küçənin təmir olunduğunu, kanalizasiya çəkildiyini görüb və hətta əhali ilə də söhbət edib. Ancaq prezidentin olduğu küçənin onca metr arxasında gizlədilmiş bərbad ərazilərdən xəbəri olmayıb. Hər dəfə də Ağsatafaya gedib-qayıdandan sonra Ağstafaya büdcədən pul ayırıb.xa0
- Cümşüd müəllim, ancaq Ağstafadan danışdıq. Elə düşünə bilərlər ki, o rayona qarşı qərəzimiz var. O üzdən təklif edirəm ki, digər rayonlarda qarşılaşdıqlarınızdan danışasınız.xa0
- Bu hal bütün rayonlarda mövcuddur, həm prezident, həm də əhali aldadılır. Adadılma da əhaliyə çox pis təsir edir, prezidentin aldadılması isə ilk öncə yaramaz işdir, həmçinin də bu aldadılma əhalinin güzəranını aşağı salır. Prezidentə göstərirlər ki, hansısa müəssisə açıldı, nə qədər insan işlə təmin olundu.
Ağstafa rayonu ilə bağlı son faktı da bildirim sonra digər məsələlərə keçərik. Ağstafanın Poylu qəsəbəsində təxminən 10 il əvvəl milyonlar xərclənərək böyük bir şərab zavodu tikildi, xaricdən gətirilmiş ən müasir texnologiyalar quraşdırıldı. Prezident rayona birinci gəlişində şəxsən zavodun açılışında iştirak etdi. Hər kəs sevindi ki, rayonda bir sənaye müəssisəsi açıldı və 200-300 nəfər işlə təmin olunacaq. Ancaq xa0indiyədək həmin zavoddabir litr şampan belə hazırlanmayıb. Prezident rayondan qayıdandan sonra zavodun qapısına qıfıl vurulub, qiymətli avadanlıqlar aşılanaraq sıradan çıxıb. İndiyədək də orda cəmir bir nəfər qaravolçu işiylə təmin olunub. Əgər bu zavod lazım deyildisə nəyə görə milyonlarla vəsait qoyulurdu, prezident niyə açılış edirdi, niyə elan edirdi ki, burada bu qədər adam işləyəcək? Deməli prezident burada da aldadılıb.xa0

Eyni vəziyyət Goranboy rayonunda da mövcuddur. Goranboyun girəcəyində böyük tikiş fabriki açılıb və onun da açılışında prezident iştirak edib, bildirib ki, fabrikdə yüzlərlə qadın işlə təmin olunacaq. Ancaq həmin fabrikdə bu günə kimi bir nəfər də işləməyib . Yaxşı xatırlayıram ki, prezident orada olanda fabrikin əməkdaşları ilə görüşdü, hər biri ağ xələtdə idi. Maraqlıdır, o ağ xələtlilər kimlər idi, hara getdilər, fabrik nəyə görə fəaliyyət göstərmir. Belə çıxır ki, kimlərsə 12 hektar torpaq sahələrini zəbt etmək üçün bu üsullara əl atırlar.
- Və yaxud da icra başçıları öz fəaliyyətləri barədə prezidentə hesabat verirmişcəsinə, işlədiklərini göstərmək məqsədilə bu üsullardan istifadə edirlər...
- Düz deyirsiniz, bu da bir səbəbdir. Hər rayona yeni icra başçısı gələn kimi işlədiyini göstərmək üçün tələsik nələrsə edir. Ancaq bir şeyi də qeyd edim ki, araşdırmalarıma görə həmin ərazilərin, müəssisələrin çoxusu icra hakimiyyətlərinə məxsusdur. Bununla bağlı başqa bir maraqlı faktı deyim, Qobustan rayonunda düz yolun kənarında əvvəlki icra xa0başçısına məxsus böyük yem zavodu var. Düzdür, mən sənədlərə baxmamışam, ancaq hər kəs deyir ki, bu gün göz dağı kimi duran o yem zavodunu əvvəlki icra başçısı tikdirib. Yem zavodu fəaliyyətə tam hazırdır, ancaq həmin icra başçısı Neftçala rayonuna göndərilib deyə bu günə kimi zavod boş qalıb. Yəqin ki, prezidentə həmin zavodu göstərib deyirlər ki, bu da bizim yem zavodumuzdur.xa0
Başqa bir maraqlı faktı da bildirim. Bir neçə ay öncə prezidentin Mingəçevir şəhərinə səfəri oldu və mən şəxsən bütün səfərlər kimi o səfərini də izlədim. Prezident xa0Mingəçevirdə Sənaye Parkının tikintisinin təməlini qoydu, həmin parkda müxtəlif zavodların, sexlərin, fabriklərin tikiləcəyi barədə geniş məlumat verildi.xa0
Bizim də ürəyimizdə ümid yarandı ki, Mingəçevirdə yeni sənaye sahəsi yaradılacaq və nə qədər adam işlə təmin olunacaq. Aradan 4-5 ay keçib və bu müddətdə orada bir iş belə görülməyib. Kimlərdən soruşuramsa deyirlər ki, necə gəlmişdilərsə, eləcə də getdilər. Demək bu da prezidentin gəlişi ilə bağlı imiş, Prezident gəldi və yenə aldadıldı.

Göygöl rayonunda cins damazlıq heyvanların yetişdirilməsi üçün süni mayalanma mərkəzi yaradılıb. Prezidentin göstərişi ilə böyük sərmayə, milyonlarla pul qoyub və ora Azərbaycanda kənd təsərrüfatı məhsullarının artması üçün çox vacib bir obyektdir. Ancaq bu gün getsəniz görəcəksiniz ki, mərkəzdə direktorla katibədən başqa heç kim yoxdur, müəssisə işləmir.xa0
Rayonların əksriyyətində açılan müəssisələr bu gün işləmir, çox nadir hallarda işləyən müəssisələr var. Onlar da ayrı-ayrı məmurlara məxsus müəssisələrdir ki, işləyir.
Yenə Qazax rayonuna qayıdım...
Ardı var...
Rumiyyə MİRASLAN
































































































