Zemfira Adıgözəlova:

Zemfira Adıgözəlova: "Kişilər məni incidir"

Hazırda oxunan: Zemfira Adıgözəlova: "Kişilər məni incidir"

155354
Yaxın keçmişdə qalmaqallı fotoları ilə gündəm olan tanınmış televiziya aparıcısı Zemfira Adıgözəlova ilə müsahibəni təqdim edirik:

- Zemfira xanımı cazibədar edən nədir?

- Məni cazibədar gördüyünüz üçün təşəkkür edirəm. Yəqin ki, cazibədar edəcək qüvvə varsa, o da daxildən gəlir. İnsanın daxili gözəl olmalıdır.

- Ətrafınızda olan xanımlar sizə paxıllıq edirmi?

- Qısqanclıq təbii ki olur. Özündən əmin olmayan qadınlar həmişə qısqanır, paxıllıq edir. Bu barədə bəzi xoşagəlməz sözlər qulağıma gəlib çatır.

Картинки

- Valideynlərinizlə münasibətiniz necədir? Sizə qadağalar qoyurlarmı?

- Allah bütün valideynləri övladlarına çox görməsin. Qadağalar uşaqlıq illərində olub. Məsələn, uşaqlıqda küçədə oynamağa qoymazdılar. Məni rəqsə, bədii gimnastikaya və s dərslərə yazdırmışdılar. Bütün həftəmi dərslərə bölmüşdülər. Belə olduqca uşaqlığımı yaşamama fürsət olmadı.

- Sizi Anfisa Çexovaya bənzədirlər...

- Bəli, indi də məni Azərbaycanın Anfisa Çexovası adlandırırlar. Açıq-saçıq tərzdə veriliş aparmaq dəbini Rusiya teleməkanına o, Azərbaycana isə mən gətirmişəm. Təbii ki, Rusiyada olan veriliş daha açıq olacaq, çünki mentalitet fərqi var. Bizim həm də bədən quruluşumuzda və cizgilərimizdə oxşarlıq görürlər. Halbuki, mən oxşarlıq görmürəm.

Картинки

- Qonşularla münasibətiniz necədir?

- Qonşularla münasibətim yoxdur. Bir-iki qonşu ilə salam-sağolum var. Çox yaxınlığı sevmirəm. Mənim kimi qonşudansa, uzaq qohum yaxşıdır (gülür).

- Avtomobil idarə edərkən kişilər sizi narahat edirmi?

- İlk öncə deyim ki, qadınlar gərək özlərinə uyğun avtomobil idarə etsinlər. Həm belə olanda daha gözəl görünür. Maşın sürəndə narahat edənlər olur. Belə kişilərimiz də az deyil. Yol vermirlər, mane olurlar...


- Aktrisalıq xa0yaxud modellik etmək barədə düşnmüsünüzmü?

Картинки

- Əslində uşaqlıqdan aparıcı yox, aktrisa olmaq istəmişəm. Təbii ki, müxtəlif film təklifləri gəlib. Bəzilərində rol almışam. Azərbaycanda 18+ film çəkilmir, çılpaq səhnələr xaric nisbətən açıq səhnələrə çəkilərəm.

- Geyimlərə, şarma çox pul xərcləyirsiniz?

- Mən geyinib-keçinməyi çox sevirəm. Xərclərim əlbəttə çox çıxır. Xərclərin miqdarına gəlincə isə onu açıqlamaq istəmirəm, düzgün deyil.

- Bir kişini necə əldə saxlamaq olar? Baxımlı olmaq, gözəllik buna bəs edirmi?

- Bir kişini əldə saxlamaq üçün ilk öncə ağıl lazımdır. İlk növbədə ağılla hərəkət edib, sonra şarma və gözəlliyə fikr vermək daha yaxşıdır.

- Səs-sorağınız çoxdandır gəlmir. “Qızıl Pillə”x9d yenidən fəaliyyətə başlasa,əvvəlki kimi uğur qazanarmı?

Картинки
- 4 il keçməsinə baxmayaraq “Qızıl pillə”x9d televiziyada öz damğasını vurdu. O zaman nə “Instagram”x9d, nə də “Facebook”x9d kimi sosial şəbəkələrdə reklamlar olunmurdu. İndiyə kimi mənim getdiyim yerlərdə həmin verilişdən, qonaqlardan, açdığım mövzulardan danışırlar. Yenidən efirlərə öz damğamı vurmaq qayıdacağam.

- Sosial şəbəkələrdən aktiv istifadə edirsiniz?

- Bir çox sosial şəbəkələrdə varam. Aktiv olmasam da istifadə edirəm. Xanımlar tərəfindən xa0çox tənqid olunuram.


Картинки
- Erotik formatda veriliş aparmaq dəbi gətirməniz yəqin ki cəmiyyətdə birmənalı qarşılanmayıb. Ətrafınızdakılardan nə kimi reaksiyalar aldınız?

- xa0Reaksiyalar müxtəlif oldu. Təbii ki, hər yenilik birmənalı qarşılanmır həmişə. Amma bütün bunlara sinə gəldim. “Qızıl pillə”x9ddən hələ də ““Qızıl pillə”x9dni aparan Zema”x9d kimi tanıyırlar. Bu veriliş sayəsində “Ən seksual aparıcı”x9d titulunu qazandım. (ölkə.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO