“Sünnilik də, şiəlik də yanlışdır və insanları düz yoldan uzaqlaşdırır”x9d

“Sünnilik də, şiəlik də yanlışdır və insanları düz yoldan uzaqlaşdırır”x9d

Hazırda oxunan: “Sünnilik də, şiəlik də yanlışdır və insanları düz yoldan uzaqlaşdırır”x9d

144339

ADP sədri Sərdar Cəlaloğlu Qurani-Kərim, onun dərki, mənimsənilməsi üsulları, bu qavrayışın İslam dünyasına gətirəcəyi yeniliklər və s. ilə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibənin üçüncü hissəsini oxucuların diqqətinə çatdırırıq. (II hissə burada - //www.moderator.az/news/144066.html ).

 

-Dediklərinizi konkret faktlarla əsaslandıra bilərsiniz?

 

-Bəqərə surəsi sünniliyin yaranmasına, Ali-İmran surəsi isə şiəliyin yaranmasına işarə edir. Ali-İmran surəsi adından da göründüyü kimi, İmran alisə deməkdir. Şiələr də Əhli-beytə, peyğəmbər ailəsinə inanır, onları yüksək tuturlar. Şiəlyin düz, yoxsa səhv olduğunu bilmək üçün Ali-İmran surəsinin mahiyyətinə nəzər yetirmək kifayətdir. Eləcə də, sünnilər səhabələr institutuna inanırlar. Onlar belə hesab edirlər ki, peyğəmbərin ailəsi müqəddəs olsa da, əsas aparıcı şəxslər peyğəmbəri görənlər, onun yanında olanlardır. Bəqərə surəsi də Musa peyğəmbərin yannda olan 72 yəhudi ilə bağlı ayələrdir. Orda iki buzov əhvaları var ki, bu da sünnilərin yanlış olduğunu göstərir. Orda göstərilir ki, iki buzovdan birini Allah yaradıb. Onu ölüyə vuranda ölü dirilir. Birini isə insanlar yaradıb, buzov böyürür, amma heç nəyə yaramır. Burdan da sünnilik inancının yanlış olduğu sübut olunur. Bəqərə surəsi sünniliyin, Ali-İmran surəsi isə şiəliyin təhlilinə həsr olunub.

Maraqlıdır, gələcəyi və keçmişi bilən Allah İslamda sünniliyin və şiəliyin meydana gələcəyini bilib, yoxsa bilməyib? Əlbəttə ki, bilib. Əgər bilibdisə, o zaman bu təriqətlərin düz, yoxsa səhv olduğunu göstərib? Göstərib.

Hədislər, hədis etmək köhnə bir hadisəni təzə formada verməkdir. Hədislərin üsulunu tətbiq edəndə, görərik ki, köhnə formanın təzə formada verilməsi xristianlığın şiəlik kimi verilməsinin hədisidir, sünnilik də yəhudiliyin hədisidir. Həmin hədislərin biri Bəqərədə, digəri isə Ali-İmran surəsində hədis olunur. Bir İslam alimi, Qurani-Kərimi anlayan bir nəfər, vicdanı olan ən böyük şiə və sünni alimi bunu təkzib edə bilməz. Bəqərə surəsi sünniliyin, Ali-İmran surəsi isə şiəliyin yanlış bir yol olduğunu elan edib. Fatihə surəsində isə doğru yol elan edilib. Fatihə surəsindən sonra isə bu doğru yoldan iki yanlış yolun gəlməsi izah olunur.

 

-Sizcə bu təriqətlərdən hansı daha əvvəl yaranıb?

 

-Əgər sünni və şiəliyin əmələ gəlməsi tarixinə baxsaq, görərik ki, birinci sünnilik, ikinci şiəlik əmələ gəlib. Bəqərə surəsinin Ali-İmran surəsindən əvvəl gəlməsi də sünniliyin şiəlikdən əvvəl gəldiyini göstərir.

Istər sünnilikdə, istərsə də şiəlikdə Qurani-Kərimə uyğun bir neçə müddəa var. Yerdə qalan bütün müddəalar isə yanlşdır. Biz sünnliyin və şiəliyin əyri yol olduğunu bildiririk. Allah-təala Qurani-Kərimdə bildirir ki, mənim bir doğru yolum var. Bu da mənim əmrlərimin icrasıdır. Yerdə qalanlar yanlışdır. Deməli, ayrı-ayrı alimlərin əmrlərini icra edənlərin yolu əyri yoldur. Əgər biz desək ki, imam Cəfərin yolu ilə gedirik, deməli bizim yolumuz əydiri. Çünki Allah-təala deyir ki, düz yol mənim əmrlərimin icrasıdır, imam Cəfərin yox. Sünni təriqətindəki şəxslər də sünni alimlərin əmrlərini icra etdikləri üçün, bu da Allahın əmrlərinin icrası deyil.

 

-Şiə təriqətinin əliallahlılıq qolu ilə bağlı düşüncəniz nədən ibarətdir?

 

-Əliallahlılar şiə təriqətində Əlini Allah hesab edən insanlardır. Əlini Allah hesab etmək nə deməkdir? Allaha şərik qoşmaq deməkdir. Allaha şəriki isə azanlar qoşur. Deməli, əliallahlılıq təriqətinin olması sübut edir ki, həqiqətən də şiəlik əyri yoldur və insanları Allahın yolundan çıxardır. Əliallahlılar Əli məsciddə öldürüldüyü üçün nə məscidə gedir, nə də məsciddə namaz qılırlar. Allah-təala deyir ki, namaz qılmağa mane olan, məscidə getməyə əngəl olanlar kafirlərdir.Bu məntiqlə əliallahlılıq kafirlik oldu. Çünki namaz qılmır, məscidə getmirlər. Ondan əvvəlki şiələr haqqa bir az daha yaxın olan şiələr olub. Bu minvalla gəlib o yerə çatırıq ki, şiəlik kəlmeyi-şəhadətə qədər gəlir. Şiəlik kəlmeyi-şəhadətə qədər düzdür. Quranı və peyğəmbəri qəbul etməsi düzdür. Ordan bu tərəfə şiəlik əyilməyə başlayıb. Əyilə-əyilə gedib əliallahlılığa çıxıb.

 

-Bəs sünnilikdə doğru olan nələrdir?

 

-Kəlmeyi-şəhadət, Qurani-Kərim, peyğəmbərlə bağlı sünnilərin deidkləri düzdür, ondan sonrakı rol isə indiki İŞİD-ə, yaxud vaxtiylə olan həşşaşilərə aparıb çıxarır. Indiki İŞİD sünni təriqətidir. İŞİD-in əməllərinə baxsaq, görərik ki, bu, şeytanın fəsadlarından ibarətdir. Əliallahlılar fikirdə şeytana xidmət edirlər, İŞİD-çilər isə əməlda şeytana xidmət edir. Qan tökmək, yandırmaq, dağıtmaq, terror və s. şeytanın əməlidir. Deməli, sünnilik əməlda insnaı şeytanın yoluna gətirib çıxardır, şiəlik isə sonda gəlib əqidədə şeytanın yoluna çıxardır.

 

-Sünni və şiə təriqətinə mənsub insanların qıldıqları namazda necə dz və yanlış olanlar nədən ibarətdir?

 

-Sünnilərin namaz qılan zaman əlini bağlaması, şiələrin də möhür qoyması yanlışdır. Deməli, sünnilər əlini açsa, şiələr isə möhürü götürsə namaz Quranda göstərilən vəziyyətə uyğun olacaq. Mən bunu özümdən demirəm, Qurandan deyirəm. Istənilən görkəmli İslam aliminə sübut edərəm ki, əl bağlamaq Qurana ziddir, möhür qoymaq Qurana ziddir.

 

-Niyə bu vaxta qədər bu cəhalətdən xilas olmamışıq?

 

Ardı var

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO