VOİCEPRESS-in eksklüziv müsahibi İslam Demokrat Partiyasının sədri Tahir Abbaslıdır:
-Tahir müəllim, sizcə İsrail Azərbaycan yaxınlaşması müşahidə
edildiyi bir zamanda, bu tendensiya İran tərəfindən birmənalı qarşılanacaqmı və
bu amilin İran Ermənistan münasibətlərinə təsiri gözlənilirmi?
-Bismilləhir
rahmənir rahim. Hesab edirəm ki, Azəraycanın siyasi hakimiyyəti tariximizdən,
milli-mənəvi dəyərlərimizdən bəhrələnərək, reallıqları nəzərə alaraq məntiqli
addımlar atmaqla hər iki ölkə arasında düzgün siyasət yürütdüyündən ciddi
problem yaranmayacaq. Hər halda, yaxın qonşuluq prinsipləri və qonşuluq haqqı
Azərbaycanın siyasi hakimiyyətinin xarici siyasində üstünlük təşkil etdiyini müəyyən
siyasi gedişlərdə müşahidə etmiş olduq. Hər kəslə öz dilində danışmaq,
xalqımızın və dövlətimizin maraqları üçün bütün vasitələrdən istifadə etmək
bacarıqlarını dəyərləndirməmək ədalətsizlik olardı. Mən bir qədər geniş şəkildə
fikirimi izah etmək istərdim. Belə ki, Azərbaycanın geosiyasi durumu dünya güc
ölkələri üçün ciddi strateji əhəmiyyət kəsb etdiyindən tək düşmən olan Ermənistanla
fərdi və dövlət səviyyəsində heç bir əlaqə olmamalıdır. Strateji əhəmiyyətini və
ciddi düşmənin olduğunu anlayaraq, Azərbaycan isə istənilən ölkə ilə özünə sərf
edən mənəvi, ictimai-siyasi, iqtisadi və hərbi əməkdaşlıq misyasını həyata
keçirməyə məhkumdur. Azərbaycana qonşu olan ölkələr arasında İran daha yaxındır
və iki dövlət arasında sıx əlaqələrin olmasını da söyləmək mümkündür. Hətta
İranın regionda dayaq və güc mərkəzi hesab edilməsini də, desək yanılmarıq. Ona
görə də, digər ölkələrdən istər mənəvi dəyərlərdə, istər qonşuluqda, istər
siyasi-iqtisadi və istərsə də hərbi sahələrdə əmakdaşlıq etmək artıq vəzifə
borcumuzdur. Bütün atılan addımlar o qədər dəqiq və etibarlı olmalıdırki, düşmən
ölkənin xeyrinə azacıq da, olsa mövzu verməsin. Əks təqdirdə düşmənlərimizin
sayı artar və gələcəyimiz sonsuz və davamlı imtahanlardan alnı açıq və üzü ağ
çıxa bilməz. Bunun istər hakimiyyət və istərsə də sağlam düşüncəli müxalifət
düşərgəsi də fərqindədir. Lakin ortada məzhəbi bilinməyən qüvvələr var ki, Azərbaycanın
siyasi hakimiyyətinin manevr etmək imkanlarını məhdudlaşdırmaq istəklərini
aşkaranə biruzə verirlər. Xüsusən İran və İsrail münasibətlərini qabardıb,
qorxu içərisində saxlamaqla özlərinin çirkin siyasətlərini həyata keçirmək istəyirlər.
Bunlara adekvat cavab verməklə, ciddi və təsirli addımlar atmaqla bütölükdə
başımıza gələcək bəla və müsibətlərdən xilasımız üçün xalqla siyasi rəhbərlik
arasında vəhdətlik olmalıdır. Bu o vaxt mümkün olacaq ki, hakimiyyət daxili
siyasətini də, ədalətli prinsiplərlə idarə edəcək.
-Azərbaycanda hökm sürən tolerantlıqdan sui
istifadə edərək, müxtəlif radikal dini təriqətlərin yaranmasının qarşısını sizcə
necə almaq olar?
-Qeyd etmək istəyirəm ki, İslam problem yaratmaz, əksinə
problemləri həll edir. İslamda radikal dini məzhəb ya təriqət anlamı yoxdur.
Çünki insan yaradılışı fitrəti qorxu ilə ümidin arasında olduğundan orta xətt
nicatıdır. Yəni, həddən artıq qorxu da, insanı məhv edir, həddən artıq ümüd də,
insanı arxayın edər. Ona görə də, qorxu ilə ümüidin arasında həlim yol tutan
Peyğəmbər -əhli-beyt (ə) yolu haqqdır. Düzgün qərar vermək istəyənlər tarixi və
elmi araşdırmalar aparmaqla istənilən nəticəyə nail ola bilərlər. İctimai
siyasi və dini sahədə qərar vermək asan məsələ deyil. Azacıq yanlışlıq
insanların maddi və mənəvi yaşam tərzində ciddi dəyişiklik edər və insanlar həm
dünyalarını və həm də axirətlərini itirərlər. Bütün bu problemləri həll etmək
üçün ölkəmizin təkamül vaxtlarını təhlil edib, o zamana uyğun qərarlar verilməsinin
tərəfdarıyam. Təkamül vaxtı dedikdə, həmin dövürdə mədəni və mənəvi, siyasi-
iqtisadi və dövlətçilik, fərdi və ictimai inkişafı nəzərdə tuturam. Dahilərin
(Şah İsmayıl Xətaini, Nizami Gəncəvini, Məhəmməd Fizulini, İmaməddin Nəsimini,
Nəsrəddin Tusini və s.) yetişməsində dinimizin mühüm rolu danılmazdır. Belə gözəl
təfəkkür sahiblərinin fəaliyyətləri millətimizi ədalətli dövlət qurulmasına,
digər millətlərin də əminlikdə yaşamasına və ərazisini böyütməklə
yaddaşlarımızda qalıb deyə, o zaman ki, sınaqdan çıxmış prinsiplərə və dəyərlərə
daha çox diqqət edib, dəyərləndirib müraciət etmək lazımdır. O din adında
meydan sulayan yanlış təfəkkür ki, millətimizi milli-mənəvi dəyərlərdən
uzaqlaşdırmaqla dövlətçiliyimizi bərbad hala salasırsa, onlardan bizlər uzaq
durmalıyıq. Hətta dünyamızı zahiri gözəl görüntüləri ilə abad göstərmək niyyətləri
olsa belə...
-Sizcə bu gün dində mövcud radikallıq islamafobiyanın elə İslamın içində səpilməsinə
xidmət etmirmi?
- Fikirlərinizdə yanlışlıq var. Elə sual verdiniz
ki, gözəl dinimiz haqqında bilgilərimi sizinlə bölüşməyə məcburam. Kaş İslam
haqqında dediklərimə layiq olaydım. İslam özü çox gözəl dindir. Haqq-ədalət
dinidir, gözəl əxlaq, nurluq (eşq, sevgi, iradə, cəsarət, şücaət, qeyrət,
namus, abır-həya-ismət, vicdan), paklıq və dirilik mənbəyidir. İnsanlq məktəıbidir.
Bu dinin hədəfi insanları məktəbdə yetişdirib, aralarında mehribançılıq və həlimlik
yaradıb, ictimailəşdirib, özlərinə (ailə, qohum əqrabaya, regiona, ölkəsinə,
dövlətinə), bütün müsəlmanlara və bəşəriyyətə sahib durmaq məktəbidir. İslamda
eyib və naqislik yoxdur və naqislk axtarmaq nadanıq və cəhalətlikdir. O qədər
kamil dindirki, bəşəriyyətin dünyasına və axirətinə əminlik, sevinc, qələbə və
ruh yüksəkliyi gətirir. İnsanlar dinimiz haqqında öz təfəkkürlərindən
yanaşdıqlarına görə yanlış fikirlərə düşürlər. Halbu ki, din Allahı tanımaq
yoludur, məktəbidir. O yolu da Allah özü tanıtdırır. İnsanların nicatı Allahdan
kömək istəyib, doğru yolu tapmağa hidayət olunmalarıın istəməkdədir. Öz başına
riyaziyyat elmini öyrənmək mümkün olmadığı kimi, İslam dinini də onun müəllimləri
olan Peyğəmbər (s) və onun əhli-beyt (ə) məktəbindən dərs almalıdırlar. Cümə
surəsi, ayə 2-də Allah buyurub: - “(Əksəriyyəti yazıb-oxumaq bilməyən) ümmi ərəblərə
özlərindən peyğəmbər göndərən Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan
açıq-aşkar azsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan,
şirk və küfr çirkabından) təmizləyər, onlara Kitabı və hikməti (Quranı və şəriəti)
öyrədər”x9d...
Bir fikri də qeyd etmək yerinə düşərdi. Bütün riyaziyyat elminin müəllim və tələbə
heyyəti pis olsa belə, riyaziyyat elminə pis demək olarmı? Əsla yox... Eləcə də,
müsəlmanların hamısı pis olsa belə, dinimiz çox gözəldir. Peyğəmbər (s)dən dərs
almadıqda isə yanlış dini cərayanlara parçalanırlar. Parçalanmalar özlüyündə Vəhabilik,
İŞİD kimi radikal din adında təriqətləri kimi narahatçılıq yaradır. İndiki
durumda bizdən dinimizi öyrənib, əməl edib və öyrətməkdən başqa bir iş tələb olunmur.
Kimlər ki, dini zorakılıq və məcbur yolunu tuturlar, dinimizi yanlış
anlayırlar.
-İslam Əməkldaşlıq Təşkilatına Türkiyənin sədrliyi
dönəmində İsrail-Azərbaycan
yaxınlaşmasını əlaqələndirmək sizcə nə qədər doğrudur?
- Bəşəriyyət əminlik və ədalət axtarışındadır. Hər
bir hadisə, cərayan, hərəkat və elm bəşəriyyətin bir-birilərinə yaxınlaşmasına
xidmət edirsə çox yaxşı dəyərləndirilməlidir. Əgər niyyət düz olarsa, Allahın
köməkliyi ilə xəbərlər doğru olar. Pərakəndə düşmüş müsəlman ölkələri hərəsi öz
hakimiyyət və dövlət maraqlarında siyasi və iqtisadi əlaqələrini genişləndirirlər.
Türkiyə böyük dövlətdir, son on illiklərdə Azərbaycana dəstək verməsi az iş
deyil və dövətimizin əminlikdə olmasının səbəblərindəndir.
O ki, qaldı sualınıza, dəqiq bilmədiyim məsələyə fikir bildirmək qeyri ciddi
olar...
-Ümumiyyətlə bu gün dünya miqyasında və xüsusən də Azərbaycanda dinin siyasətə
təsir gücünü neçə faizlə göstərmək olar?
-Din bütün dövrlərdə
bəşəriyyəti düşündürən və hakimiyyətlərə təsir edən amil olub. Bu gün də, haqq
və ədalət carçısı kimi, insanların və xüsusən də dünya siyasətini nizamlamaq
istəyən qüvvələrin (istər böyük, və istərsə də, kiçik dövlətlər) rastlaşdıqları
Allahın dinidir. Çox vaxt bu qüvvələr İslam dininə qarşı dözümsüzlük edirlər və
yanlış təfəkkürlü dini təriqətlərdən sui istifadə edib, İslamı qorxunc din kimi
təqdim etmək niyyətindən belə çəkinmirlər. Son on illiklər erməni terrorunu
yaddan çıxaran Vəhabi təriqətindən törənən Taliban, Bin Laden, İŞİD kimi cinayətkar
terror qruplarının yaranması və fəaliyyətlərinə dəstək verib güclü maliyyə
yatıraraq, silahla təchiz edirlər. Demək dinin təsirini yox, dinə təsir edib
istədikləri hala salmaq məsələsi gündəmdədir. Amma bizdə isə Qarabağ kimi,
problemi olan ölkə dinimizin təsir gücünü görürlər və az da olsa hesablaşmağa məcburdular.
Şəhadət (cihad) məktəbi olmasa faciələr qaçılmazdır...






























































































