“İstisna deyil ki, Ermənistan ağlını başına yığmasa, daha ağır dərs almalı olacaq”x9d

“İstisna deyil ki, Ermənistan ağlını başına yığmasa, daha ağır dərs almalı olacaq”x9d

Hazırda oxunan: “İstisna deyil ki, Ermənistan ağlını başına yığmasa, daha ağır dərs almalı olacaq”x9d

133799

Moderator.az “Azərbaycan Naminə”x9d İctimai Forumun prezidenti, politoloq Eldar Namazov ilə xa0müsahibəni təqdim edir:


- Bu dəfə Rusiya faktoru hansı məsafəyə qədər bizim əleyhimizə işləyə bilər?

- Əslinə qalsa, artıq Rusiyanın Qarabağ məsələsində bir addım geri çəkilmək imkanları var. Təsir imkanlarını itirmədən bunu edə bilər. Mərhələli həll planı işə salınsa, Rusiya iddiaçı olacaq ki, sülhməramlı qüvvələr onların hərbi qüvvələri olsun. Məsələn, Laçın dəhlizinə nəzarət edən sülhməramlı qüvvələrin gələcəkdə təsir imkanları böyük olacaq. Ona görə də Moskva çalışacaq ki, sülhməramlı qüvvələr kimi məhz özünün hərbi qüvvələri bölgəyə yerləşdirilsin. Azərbaycan diplomatiyası hər şeyi düzgün ölçüb-biçməlidir ki, hansı irəliləyişin əvəzində bizdən nə istəyirlər və buna getmək olarmı.xa0

- Qərb, ABŞ, Avropa Birliyi bu məsələdə kimin yanındadır?

- Son hərbi əməliyyatlardan sonra Azərbaycanla Ermənistan sanki dünya ictimaiyyətinin gözünün qabağında yerlərini dəyişdilər. Əvvəllər biz deyirdik ki, Azərbaycan torpaqları işğal altındadır, buna niyə reaksiya vermirsiniz. İndi Azərbaycan ordusu uğurlu əməliyyat keçirib və ermənilər hər yana şikayət edirlər ki, niyə reaksiya vermirsiniz. Dünya da faktiki olaraq deyir ki, Azərbaycan əraziləri işğal altındadır və işğal altında saxlanan torpaqlar geriyə qaytarılmalıdır. 22 ildir saxlanan status-kvonu artıq saxlamaq mümkün deyil. Avropa Birliyinin xarici siyasət üzrə komissarı Federika Moqerini son hadisələrlə bağlı çıxışına onunla başladı ki, mən dəfələrlə bəyan etmişəm, status-kvonu saxlamaq mümkün deyil. Bu, ermənilərə bir mesajdır ki, 22 ildir Azərbaycanın torpaqlarından geri çəkilmirsiniz indi Azərbaycan öz ərazilərini geri qaytarmaq hüququndan istifadə edir. Yəni dünya gücü tanıyır. Təəssüflər olsun ki, dünyada ikili standartlarla yanaşma hər yanda var. Son dörd ildə Ukrayna hadisələrini gördük, Suriyada baş verənlərə münasibəti gördük. Dünyada güc amili təəssüflər olsun ki, getdikcə daha böyük rol oynayır. Azərbaycan ordusunun da Cənubi Qafqazda ən güclü ordu olduğunu sübut eləməsi gələcəkdə Azərbaycan diplomatiyası üçün xeyli imkanlar açır. Ancaq bunu yaxşı istifadə etmək lazımdır.xa0


- Sizcə, proseslərin bundan sonrakı gedişində ordu faktorundan daha bir dəfə istifadə eləmək ehtiyacı olacaqmı, yoxsa artıq yetərlimi diplomatik danışıqlarda nəticələrə nail olmaq üçün?xa0

- Bunu dəqiq söyləmək çətindir. Mən hərbi sirrə malik deyiləm, indiki dövrdə Azərbaycanın Müdafiə Nazirliyində nələr baş verdiyindən xəbərim yoxdur. Ancaq dərin analitik olmağa da ehtiyac yoxdur. Hamı başa düşür ki, hazırda ordu rəhbərliyi daha geniş əməliyyat planına uyğun, kəşfiyyat döyüşündə əldə edilən nəticələrin əsasında daha böyük əməliyyat planının üzərində işləyir. Bu, nə ermənilər üçün, nə Rusiya üçün, nə ABŞ üçün, nə Avropa üçün sirr deyil. Bunu hər bir ordu eləməlidir və Azərbaycan ordusu da edir. Gələcək danışıqlarda da ümid edirəm bu amil çox vacib rol oynayacaq. Ancaq heç də istisna deyil ki, Ermənistan ağlını başına yığmasa, ikinci və daha ağır dərs almalı olacaq.xa0

- Belə bir vəziyyətdə Azərbaycanın əsas maddi qaynağı olan neftin qiymətinin düşməsi ölkənin hərbi qüdrətinə hansı dərəcədə təsir göstərə bilər? Yoxsa təhlükə yoxdur, Azərbaycan büdcə məsələsini yaxın bir müddət üçün təmin edib? Ümumiyyətlə, Azərbaycanda neftin qiymətinin düşməsi ilə başlanan və dünyada gedən iqtisadi böhranın ölkəmizə də yansımasına münasibətiniz necədir? Ölkəmiz bundan necə yayına bilərdi, yaxud bundan sonra yayına bilərmi?xa0


- Neftin qiymətinin düşəcəyi və neft erasının başa çatacağı ilə bağlı hələ 10 il bundan əvvəl bizim ekspertlərlə hazırladığımız “Gələcək 10 il”x9d iki cildlik kitabda geniş yazılıb. Bakı-Tiflis-Ceyhan kəməri istifadəyə veriləndən sonra 2006-cı ildən Azərbaycana neft pulları axını başladı. O dövrdə artıq bəlli idi ki, bu, Azərbaycan üçün böyük bir sınaqdır. Həmin pullardan səmərəli istifadə edib Azərbaycanın yeni bir iqtisadi modelini qurmaq olardı. Deyilirdi ki, bunu etməsə, Azərbaycan bir müddətdən sonra ağır iqtisadi durumla rastlaşa bilər. Biz adını çəkdiyim və indi sizin kitabxananıza təqdim etdiyim kitabda da yazmışdıq ki, qarşıdakı 10 il Azərbaycan üçün çox kritik əhəmiyyət kəsb edir. Bu 10 il ərzində Azərbaycana böyük neft pulları gələcək və onlardan biz nə cür istifadə edəcəyimizdən çox şey asılı olacaq. 10 il keçdi və təəssüflər olsun ki, daha çox mənfi proqnozlar doğruldu.xa0

Təəssüflər olsun ki, gözlənilən mənfi proqnozlar reallaşdı və Azərbaycan büdcəsi bu il 25 faiz azalmaya məruz qaldı. İndi müəyyən addımlar atılır, islahatların keçirilməsi ilə bağlı müəyyən təyinatlar oldu. Amma mən hesab edirəm ki, bunlar hələ kifayət eləmir. Azərbaycanda güclü islahatlar aparılması üçün üç amilin olması vacibdir. Siyasi iradə olmalıdır, islahatların bir konsepsiyası olmalıdır və onu həyata keçirə biləcək komanda olmalıdır. Əvvəllər bu siyasi iradə hiss olunmurdu, lakin neftin qiymətinin kəskin aşağı düşməsi və yaranan problemlər, hər halda, bu iradəni bir qədər ortalığa gətirdi. Ancaq o proqramı həyata keçirə biləcək kadr potensialı, komanda formalaşdırmaq baxımından yetərli addımlar atılmayıb. Mənə belə gəlir ki, velosiped icad etməyə ehtiyac yoxdur. Beynəlxalq təcrübədən istifadə etmək lazımdır. Bu yolu artıq keçmiş ölkələr var, onların uğurlu islahatlar paketini həyata keçirən ekspertlər var. Əgər Azərbaycanın müstəqil ekspertlərlə hakimiyyətin əməkdaşlığına imkan verməyən hansısa siyasi konyuktur məsələlər varsa, onda heç olmasa Şərqi Avropada gözəl islahatlar həyata keçirən mərkəzlər ki, var, onlardan istifadə etmək lazımdır. İndi prezidentin sərəncamı ilə İslahatlar Mərkəzi yaradılıb. Orada çalışmaq üçün Azərbaycan vətəndaşı olmaq tələbi yoxdur. Xaricdən ekspertləri oraya cəlb etmək olar. Neftin indiki qiymətləri, əslinə qalsa, müsbət bir münbit yaradır. Bir tərəfdən hazırkı qiymət o qədər aşağı qiymət deyil ki, Azərbaycan iqtisadiyyatı çöksün, ancaq eyni zamanda o qədər yüksək də deyil ki, buna arxayın olub islahatlar həyata keçirilməsin. İslahatları neftin qiyməti 100 dollar olanda keçirmək lazım idi. Təəssüf ki, o islahatlar vaxtında keçirilmədi. Ancaq heç olmasa neftin qiyməti 40-50 dollar arasında olanda islahatları keçirmək lazımdır; çünki sabah nə olacağını proqnozlaşdırmaq çətindir. Artıq neft erası bitmək üzrədir. Neftin qiymətinin bundan sonra 80-100 dollara qalxması ehtimalı çox aşağıdır. Ancaq neftin qiymətinin 30 dollardan aşağı düşmək ehtimalının yüksək olduğu haqda bütün ekspertlər danışırlar. Ona görə vaxt itirmədən islahatları keçirmək lazımdır.


“Artıq neft erası bitmək üzrədir”x9d


- Eldar bəy, siyasi fəaliyyətə döndünüzmü? Siyasi fəaliyyət bərpa olunacaqmı, olunacaqsa, hansı şəkildə? Bu barədə nə planlarınız var?

- Mən həkimlərin də səhhətimlə bağlı məsləhətlərinə uyğun fəaliyyətimi mərhələ-mərhələ bərpa edirəm. Yaxın gələcəkdə proseslərlə bağlı mətbuatda daha çox görünəcəyəm. Bizim rəhmətlik Zəfər Quliyevlə bir neçə layihələrimiz var idi. O dövrdə mənim müalicəmin pik nöqtəsi idi. Ona görə də biz qərara gəlmişdik ki, Analitik Mərkəz yaradılmasına Zəfər Quliyev rəhbərlik edəcək. Hətta mərkəzin tərkibini yığıb ilkin söhbət də eləmişdik. Təəssüf ki, Zəfər müəllimi qəfil itirdik və planımız həyata keçməmiş qaldı. Mən indi həmin planların bir qismini həyata keçirmək fikrindəyəm. Hesab edirəm ki, indiki dövrdə Qarabağla bağlı proses Azərbaycan üçün taleyüklü və həll edici bir məqamdır. İkincisi, neftin qiymətinin aşağı düşməsi ilə bağlı yaranmış durum təxirəsalınmaz islahatların aparılmasını zəruri edir. Bu sahələrdə mütəxəssislərlə müəyyən işlər görəcəyik. Bu haqda da mətbuata məlumatlar verəcəyik. Sonrakı fəaliyyəti genişləndirmə mərhələsində isə başqa məsələlər ətrafında söhbət edərik.xa0


- Bu yaxınlarda Rüstəm İbrahimbəyov qardaşı Maqsud İbrahimbəyovun vəfatı ilə bağlı Azərbaycana gəldi. Siz onunla görüşdünüzmü, təmas qurdunuzmu, yanında oldunuzmu? Çünki siz bir neçə il öncəyə qədər onunla çox yaxın idiniz, o, siyasətdə ən öncül fiqur kimi Sizi gördüyünü bəyan edirdi. Amma sonra sanki ara soyudu. Bilmək istərdik, son gəlişində kontakt oldumu, münasibətlər bərpa istiqamətində inkişaf etdimi?

xa0
- Mən müalicəyə başlayanda və fəaliyyətimi məhdudlaşdırmalı olanda Rüstəm müəllimə də müraciət eləmişdim. Ən birinci ona xəbər vermişdim. Xahiş elədim nəzərə alsın ki, mən əvvəlki kimi işləri davam etdirə bilməyəcəyəm. Maqsud İbrahimbəyova Allah rəhmət eləsin. Rüstəm müəllim onun vəfatı ilə bağlı Bakıya dönəndə mən Rüstəm müəllimə zəng etdim və başsağlığı verdim. Yas mərasimi günü dostumuz, politoloq Leyla Əliyevanın rəhmətlik anası Gülruh xanımın 40 mərasimi idi. Mən həmin gün də Rüstəm müəllimə zəng edib başsağlığı verdim və Gülruh xanımın yas mərasiminə qatıldım. Ona görə ki, Leyla xanım xaricdə yaşayır və 40 mərasiminə qatılmaq imkanından məhrum idi. Yas mərasiminin keçirilməsində birbaşa yaxından iştirak bir dost kim mənim borcum idi...(musavat.com)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO