Moderator.az saytının suallarını xalq artisti, prezident mükafatçısı Məzahir Süleymanov cavablandırır. Sumqayıt Dövlət Dram Teatrının aktyoru olan xalq artisti bu gün 72 yaşını qeyd edir. Onunla söhbətdə əsasən əyalət teatrlarının üzləşdiyi çətinliklərdən söhbət açdıq:
- 72 yaşınız var, ömrünüzü əyalət teatrına həsr etdiniz. Bu gün geriyə baxanda təəssüfləndiyiniz, yoxsa qürrələndiyiniz məqamlar daha çox olur?
- Geriyə baxanda heyifislənmirəm ki, niyə əvvəldən bu sənəti seçmişəm. Artıq 42 ildən də çoxdur ki, bu sənətdəyəm. Müəyyən uğurlarım olub. Dövlət tərəfindəndən də qiymətləşdirilmişəm. Belə baxanda hər şey yaxşıdır. Amma bir qədər də düşünəndə görürəm ki, əyalət teatrlarında işləyən aktyorlara diqqət Bakıda işləyənlər qədər deyil. Bu çox pisdir. Buna görə bir qədər peşmançılıq keçirirəm və deyirəm ki, gərək cavan vaxtımdan paytaxt teatrında çalışaydım. Amma görünür, bu da taleyin qisməti imiş. Mənim burda olmağım daha uyğun imiş.xa0
- Mən bildiyim qədər sizin zaman-zaman paytaxt teatrlarında işləmək imkanlarınız olub.xa0
- İnanırsız, mən bu teatra gələndən başım işə o qədər qarışdı ki, xa0əlavə nə haqqındasa düşünə bilmədim. Heç fəxri adlar barəsində də düşünmürdüm. Bir də ayılıb gördüm ki, 60 yaşım var. Ətrafımda mənim yaşda olanların hamısına baxdım. Hamısının da fəxri adları var idi. Mən də nə aldımsa elə o yaşdan sonra aldım. 60-dan sonra əməkdar artist və xalq artisti oldum. Elə bunun bir səbəbi də əyalət teatrında işləməyimlə bağlı oldu. Çünki bayaq dediyim kimi bu teatrlara və orada çalışan aktyorlara diqqət az oldu. xa0 Bu özünü təltiflərdə də göstərdi.xa0
- xa0Sənət adamının taleyində xa0hər zaman “sənət”x9d və “maneə”x9d sözləri paralel işlənib. Siz sənətdə nə kimi maneələrə rastlaşdınız? Bəlkə həmin maneələr sizi əyalətdə saxladı?
- Elə bir maneə olmayıb. Amma teatra düşən gündən orada olan ədalətsizliyə, qanunsuzluqlara qarşı hər zaman mübarizə aparmışam. Bayaq sual verdiniz, dedim başım çox qarışdı. Başımın çox qarışmağının bir səbəbi də elə bu mübarizələr oldu. Sənətlə bərabər teatrın saflığının qorunması, inkişafı uğrunda da mübarizə aparırdım.xa0
Teatrlara rəhbərlik edən bəzi təsadüfi adamlar var idi ki, onların neqativ hərəkətlərinə dözmürdüm. Onlarla vuruşurdum. xa0 Mübarizə etdiyim adamlar da çalışırdılar ki mənə badalaq vursunlar, məni teatrdan çıxarsınlar. Bunu bacarmadılar. Çünki mən haqq işi aparırdım. Kiminləsə heç zaman işim olmayıb. Yalnız haqq-ədalət uğrunda çalışmışam.
- Teatrda o zaman üzləşdiyiniz neqativ hallar indi də davam edir. İndi də rəhbərlər....
- .... bəli belə hallar indi də var. Teatrların tarixində hər zaman bu cür neqativ hallar olub. Son aylar da “Azdrama”x9dda olanları gördük. Təsadüfi adamlar teatra rəhbər təyin olunur və onlar da neqativ halların yaranmasına səbəb olurlar. Bu zaman da teatrın adına xələl gəlir.xa0
- Bu gün əyalət teatrlarının üzləşdiyi əsas çətinliklər hansılardı?
- Bu gün əyalət teatrlarında vəziyyət daha acınacaqlıdı. Aktyorlar orada daha çox əziyyət çəkir. Onların əlavə qazanc mənbələri yoxdu. Nə dublyaj var, nə səsləndirmə studiyaları, nə çəkilişlər üçün televiziya məkanı... Texniki avadanlığın azlığını da demək olar. Amma paytaxt teatrlarının aktyoru bu problemlə daha az üzləşir. O lazım gələndə xa0dublayaja gedir, əlavə studiyalarla da əməkdşalıq edir.xa0
Bir tərəfdən də diqqətsizlik. Əyalət teatrlarında çalışan aktyora diqqət demək olar ki, yoxdu. Televiziya kanalları ancaq paytaxtda çalışan aktyorları tanıyır və onları dəvət edirlər. Elə bil ki, əyalətlərdə heç bir aktyorumuz yoxdu. Bir sözlə, əyalət teatrları ümumiyyətlə bərbad haldadır.
- Məzahir müəlllim, sizin çalışdığınız Sumqayıt Dövlət Dram Teatrının hazırki durumuna toxunaq. Sumqayıtdakı teatra insanların münasibəti necədir?
-Teatr auditoriya baxımından çox əziyyət çəkir. Demək olar ki, şəhər sakinləri arasında teatra maraq yox dərəcəsindədir. Tamaşa zamanı salon təbii ki, dolmur. Elə sakinlər var ki, onlar ümumiyyətlə Sumqayıtda teatrın olmasından xəbərsizdilər. Şəhərdə bir dənə də olsun afişa yoxdu. Bəs insanlar tamaşalar barəsində haradan xəbər tutacaqlar, haradan biləcəklər? Buranın özünün yerli Dünya TV xa0televiziya kanalı var. xa0O da teatr haqqında heç nəyi işıqlandırmır. Teatrın hazırki durumunda elə onun da günahı var. Teatrın lazımı şəkildə təbliğ olunması, mütəmadi olaraq tamaşalar göstərməsi vacib idi. Amma bunlar olmadı. İndi də təmirdədir. Demək olar ki, teatrın işi ümumiyyətlə yoxdu.
Elmin NURİ
































































































