Aztv-nin keçmiş əməkdaşından Türkiyədə MARAQLI AKSİYA - VİDEO

Aztv-nin keçmiş əməkdaşından Türkiyədə MARAQLI AKSİYA - VİDEO

Hazırda oxunan: Aztv-nin keçmiş əməkdaşından Türkiyədə MARAQLI AKSİYA - VİDEO

94583

Türkiyədə yaşayan soydaşımız Nərgiz Aktaşın son paylaşımı sosial şəbəkədə maraqla qarşılanıb. Belə ki, Bursanın İznik vilayətində yaşayan Nərgiz xanım dördmərtəbəli evini Azərbaycan bayrağının rənglərinə boyayıb.

Məsələ ilə bağlı Nərgiz Aktaşla əlaqə saxladıq. O Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu mənim çoxdankı arzum idi.

“Lakin, müəyyən səbəblərdən arzumu reallaşdıra bilmirdim. Amma 44 günlük müharibədə qazandığımız böyük qələbə məni çoxdan bəri içimdə qalan arzularımı reallaşdırmağa bir stimul oldu. Ermənilərin son təxribatlarından sonra binanı bayrağımız rəngində ərsəyə gətirdik. Artıq bütün bina 4 tərəfdən Azərbaycan bayrağını əks etdirir. Bu da mənim Vətənə və Bayrağımıza olan sonsuz sevgimin təcəssümüdür”.

Nərgiz Aktaş onu da əlavə etdi ki, ideyam insanların rəğbətiylə qarşılanıb:

“Ona görə də çox məmnunam. Həyat yoldaşım Nüsrət Aktaş da türkçü bir insandır, Azərbaycan, Türkiyə bayraqlarına da tutkusu var. Fikir verirəm, gün ərzində çox sayda insan binanın qarşısında şəkil çəkdirir, paşlaşımlar edirlər”.

Xanım soydaşımız bir məsələni də qeyd etdi ki, sentyabrın 29-da İznikdə böyük beynəlxalq festival keçiriləcək. Festivala dünyanın 120 ölkəsindən qonaqların gələcəyi gözlənilir:

“Əminəm ki, həmin festivala qatılanlar da bizim ideyamızdan bəhrələnəcəklər, Azərbaycanla bağlı xoş təəssürat alacaqlar”.

Xatırladaq ki, Nərgiz xanım uzun illər AzTV-də çalışıb. Bir müddət əvvəl ailə qurduğu üçün Bursaya köçüb.

Surxay Atakişiyev, Bizim.Media

 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO