Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, hadisə Gəncədə baş verib. Belə ki, şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata, oğlunun cənazəsini təhvil almazdan öncə infakt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.
Ata və oğlunun cənazəsi Bakının Binəqədi rayonuna gətirilir.
Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.
Bizim.Media