Putin: “Bu halda “Şimal axını 2”ni işə salacağıq\

Putin: “Bu halda “Şimal axını 2”ni işə salacağıq\" - VİDEO

Hazırda oxunan: Putin: “Bu halda “Şimal axını 2”ni işə salacağıq\" - VİDEO

92531

“Rusiya “Şimal axını 2” layihəsindən bir çox fayda əldə edib”.

Bizim.Media xəbər verir ki, bunu sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

“Xeyr, biz boş yerə heç nə tikmirik. Müvafiq texnologiyalar almışıq və onları işləyib hazırlamışıq. Zəruri olarsa, “Şimal axını 2”ni işə salacağıq. Əgər bu məsələ ilə maraqlanırsınızsa, mən də daha ətraflı danışa bilərəm”, - deyə Putin bildirib.
“Şimal axını 1” hazırda praktiki olaraq bağlıdır. Və hamı deyir: bax, Rusiya enerji silahlarından istifadə edir. Bu, cəfəngiyat fikirdir. Hansı silahdan istifadə edirik? Biz tərəfdaşlarımızı ehtiyac duyduğu qədər enerji ilə təmin edirik. Nə qədər istəyirlər, o qədər də veririk”, deyə o, qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO