Putin: “Ukraynadakı xüsusi əməliyyat BMT Nizamnaməsinə uyğun olaraq başlayıb” - VİDEO

Putin: “Ukraynadakı xüsusi əməliyyat BMT Nizamnaməsinə uyğun olaraq başlayıb” - VİDEO

Hazırda oxunan: Putin: “Ukraynadakı xüsusi əməliyyat BMT Nizamnaməsinə uyğun olaraq başlayıb” - VİDEO

88815

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyata BMT Nizamnaməsinə tam uyğun olaraq başladığını bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, beynəlxalq təhlükəsizlik üzrə onuncu Moskva konfransının iştirakçılarına və qonaqlarına müraciətində bildirib.

O, aydınlaşdırıb ki, bu əməliyyatın məqsədləri Rusiya və onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək, həmçinin Donbass sakinlərini soyqırımdan qorumaqdır.
"Hazırda Ukraynadakı vəziyyət onu deməyə əsas verir ki, ABŞ bu münaqişəni uzatmaq istəyir", - Putin deyib.

Onun sözlərinə görə, hegemonluğu saxlamaq üçün Qərb ölkələrinin nümayəndələri münaqişələrdə iştirak edirlər və Ukrayna üçün  “top yemi” hazırlayırlar.

“Qərbin Avropada təhlükəsizliyi təmin etmək vədləri ikiüzlülükdür. Əslində, hər şey əksinə baş verir”, - Rusiya prezidenti vurğulayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO