Kəlbəcərə dönən ilk AİLƏLƏR - 30 il sonra 80 baş qoyununu da doğma yurduna qaytardı – VİDEOREPORTAJ

Kəlbəcərə dönən ilk AİLƏLƏR - 30 il sonra 80 baş qoyununu da doğma yurduna qaytardı – VİDEOREPORTAJ

Hazırda oxunan: Kəlbəcərə dönən ilk AİLƏLƏR - 30 il sonra 80 baş qoyununu da doğma yurduna qaytardı – VİDEOREPORTAJ

86481

Azərbaycanın ən dilbər guşələrindən olan Kəlbəcərə də geri dönüş başlayıb.

Bizim.Media-nın Kəlbəcərə ezam olunan əməkdaşı həmin ailələrlə görüşüb. Onlardan biri də Həsrət Məmmədquliyevdir.

15 yaşında Kəlbəcəri tərk etmək məcburiyyətində qalan Həsrət bəy 30 il sonra doğma yurd-yuvasına, Kəlbəcərin İstibulaq kəndinə geri dönüb. 

Kənd təsərrüfatı ilə məşğul olan 45 yaşlı Həsrət bəy heyvanlarını Kəlbəcər yaylaqlarında otarmaq üçün həyat yoldaşı ilə kəndlərinə qayıdıb. O, bildirir ki, hazırda Kəlbəcərdə olmaq, uşaqlığının keçdiryi yurd-yuvasına geri dönmək ən ülvi duyğulardandır. Uşaq vaxtı da təsərrüfatla məşğul olan sakin 80 baş heyvanını xüsusi icazə ilə 30 il sonra Kəlbəcərə qaytarıb. 
18 yaşında Kəlbəcəri tərk edən Telman Məmmədov da özünü həmyerlisi Həsrət bəy kimi şanslı hesab edir. Çünki o da, geri dönən ilk ailələrdəndir.

Heyvandarlıqla yanaşı Kəlbəcərli arıçılar da artıq geri dönürlər. Onlardan biri də Sahib Əliyevdir. Bizim.Media-ya danışan Sahib bəy bildirir ki, Kəlbəcər balı hələ işğaldan öncə də məşhur idi. O qeyd edir ki, məşhur “Kəlbəcər balı” markası yenidən dünyaya səs salacaq. 

Bu gün Kəlbəcərdə həyat var. Onlarla ailə geri dönməyin sevincini yaşayır. Dillərindəki dua isə eynidir. “Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Yaşasın Müzəffər Azərbaycan ordusu!”.

Geri dönüşün mübarək, Kəlbəcər.

Tehran, Bizim.Media
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO