Conson: “Müddətimin sonuna qədər vəzifəmdə qalmamaq məni incidir” – VİDEO

Conson: “Müddətimin sonuna qədər vəzifəmdə qalmamaq məni incidir” – VİDEO

Hazırda oxunan: Conson: “Müddətimin sonuna qədər vəzifəmdə qalmamaq məni incidir” – VİDEO

82794

“Mən bu hökumətin nailiyyətləri ilə fəxr edirəm, çünki biz Brexit-i uğurla həyata keçirmişik, pandemiyadan sağ çıxmışıq. Qərb dünyasının Kremlin təcavüzünə qarşı mübarizəsinə rəhbərlik etmişik. Müddətimin sonuna qədər vəzifəmdə qalmamaq məni incidir, amma siyasətdə əvəzolunmaz heç kim yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Boris Conson Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifələrindən istefa verərkən səsləndirib.

Conson Ukrayna xalqına da müraciət edib və Britaniyanın istənilən şəraitdə onları dəstəkləməyə və bütün vədlərini yerinə yetirməyə davam edəcəyinə əmin edib.

Onun sözlərinə görə, Mühafizəkarlar Partiyasının yeni liderinin və Britaniyanın baş nazirinin seçilməsi proseduru gələn həftə müəyyənləşəcək.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO