Buryat hərbçilərinin arvadları XAHİŞ etdilər: “Ərlərimizi müharibədən geri qaytarın”

Buryat hərbçilərinin arvadları XAHİŞ etdilər: “Ərlərimizi müharibədən geri qaytarın”

Hazırda oxunan: Buryat hərbçilərinin arvadları XAHİŞ etdilər: “Ərlərimizi müharibədən geri qaytarın”

81357

Buryatiyada yerləşən Taçinskaya briqadasının 5-ci tank bölməsinin hərbçilərinin arvadları respublika rəhbəri Aleksey Çıdenova ərlərinin müharibədən geri evlərinə qaytarılması xahişi ilə videomüraciət hazırlayıblar.

Bizim.Media xəbər verir ki, müraciətdə qeyd olunur ki, Taçinskaya briqadasının hərbçiləri “yanvarda Belarusa təlimlərə yola düşüblər”, fevralın 24-dən isə “xüsusi əməliyyatda iştirak edirlər” və demək olar ki, hər zaman ön sıralarda olurlar.

“Hərbçilər əqli və fiziki cəhətdən yorğundurlar. Onların hamısında yüngül və orta dərəcəli mərmi şoku var”, deyə müraciətdə bildirilir.

Onların sözlərinə görə, bir çox hərbçilər bütün bu müddət ərzində çöldə olduqları üçün soyuqdan xəstələniblər.

Müraciəti hazırlayan 15 qadın Buryatiya rəhbərindən xahiş edib ki, ərləri “xüsusi əməliyyat”da iştirak etməyən digər hərbçilərlə əvəz edilsin və geri qaytarılsın.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO