Ukraynada hərbi əməliyyatlar başlanandan ölkənin silahlı qüvvələrinə dəstək məqsədilə könüllülərin sayı artıb. Bu istiqamətdə ən çox yayılan könüllü mərkəzlərindən biri də kamuflyaj, maskalanma torları və geyimlərinin, o cümlədən snayperlər üçün kikimorların hazırlanmasıdır. Sözügedən mərkəzlərin bəziləri 2014-cü ildən, Rusiya ilə Ukrayna arasında başlayan hərbi qarşıdurma zamanı yaranıb. İlkin statistikaya görə, hazırda Ukraynada könüllü mərkəzlərinin sayı mindən çoxdur.
Bizim.Media xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı mərkəzlərin birində olub, onların gündəlik işi ilə bağlı foto və video reportaj hazırlayıb.
Könüllü mərkəzini yaradanlardan biri olan Valentina Fedorovska açıqlamasında bildirib ki, mərkəz 2014-cü ildən yaranıb:
“Bizim əsas problemimiz müvafiq parçaların, materialın tapılmasıdır. Bu işdə həm xeyirxah insanlarımız, həm də dost ölkələr yardım göstərirlər. Polşa, Azərbaycan və digər ölkə vətəndaşları mərkəzi müvafiq materiallarla təmin ediblər.
Yeri gəlmişkən, bu cür mərkəzlərdə çalışan əslən azərbaycanlı, lakin Ukrayna vətəndaşı olan qadınlar da var”, - deyə Valentina Fedorovska əlavə edib.
Onun sözlərinə görə, kamuflyaj, maskalanma, kikimorlar və digər geyimlərin rəngi fəsilə görə dəyişir. Bu mərkəz fevralın 24-dən, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 210 tor, 2014-cü ildən isə 3000 tor Ukrayna silahlı qüvvələrinə təhvil verilib. Bir tor 30 kvadratmetrdir.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
15:13 / 11.06.2022
Ukraynada qadın könüllülərin fəaliyyətinin bir günü – REPORTAJ
Hazırda oxunan: Ukraynada qadın könüllülərin fəaliyyətinin bir günü – REPORTAJ
Hazırda oxunan: Ukraynada qadın könüllülərin fəaliyyətinin bir günü – REPORTAJ
78788
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.