Nəqliyyatı intellektual idarəetmə layihəsi çərçivəsində Bakı şəhərinin əsas küçə və prospektlərində quraşdırılmış elektron informasiya tablolarının idarəolunması üçün istifadə edilən proqram təminatı və texniki avadanlıqlarda 2019-cu ildə yaranmış problemlərlə əlaqədar nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı dayandırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Bizim.Media-ya bildirilib ki, hazırda intellektual sistemin təkmilləşdirilməsi, o cümlədən texniki nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür:
"Bu müddət ərzində isə sürücülərin maarifləndirilməsi məqsədilə elektron tablolarda yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair müxtəlif qrafik təsvirlərin (sosial çağırışların piktoqram vasitəsilə) yayımlanması nəzərdə tutulur".
Bizim.Media
- A-
- A
- A+
Multimedia
09:54 / 24.05.2022
Bakı yollarındakı elektron tablolarda sosial çağırışlar yayımlanacaq - VİDEO
Hazırda oxunan: Bakı yollarındakı elektron tablolarda sosial çağırışlar yayımlanacaq - VİDEO
Hazırda oxunan: Bakı yollarındakı elektron tablolarda sosial çağırışlar yayımlanacaq - VİDEO
75867
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.