"Anam dünyasını dəyişəndə canıma qəsd etmək istədim" – Mətanət Əsədova

Hazırda oxunan: "Anam dünyasını dəyişəndə canıma qəsd etmək istədim" – Mətanət Əsədova

74302

“Anam dünyasını dəyişəndə özümü öldürmək istəmişəm”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “1 dəqiqə” verilişində deyib.  

Sənətçi sonra deyib ki, anasını dəfn etmək üçün rayona aparıblar:

“Onun nəşini evdəkilərlə yola saldım. Mən də öz avtomobilimlə getmək istədim. Bunu qardaşım bildi. O, mən idarə etdiyim avtomobilə əyləşdi. Rayona elə bir yolla gedirdim ki, o yolda avtomobili buraxacaqdım aşsın, özümü öldürəcəkdim”.  

M.Əsədova anasının son nəfəsində ona söylədiyi kəlmələri dilə gətirərək kövrəlib:

“Həkimin səhv əməliyyatı nəticəsində anam dünyasını dəyişdi. Mən o anlarda ölmüşdüm, havalanmışdım. Anam əməliyyata sağ girdi, sağ da çıxdı. 15 dəqiqədən sonra isə o, gözünü yumdu. Anamın başının üstündə durmuşduq. O anlarda anam mənə çoxlu xeyir-dualar verdi. O, gözünü açıb mənə baxaraq dedi ki, “Oğlum, qızım Mətanət. Yaşamağım, hər şeyim Mətanət. Allah səni heç zaman quyuya salmasın”. Bu hadisələrdən sonra gördüm ki, xəstəxananın həyətində torpağın içində eşələnirəm. Mən yoxam”.  

Həyatında acılı, qüssəli günlərinin çox olduğunu vurğulayan M.Əsədova anası ilə bağlı duyğularını dilə gətirib:

“Çox ağlamışam, amma artıq gülmək istəyirəm. Gözlərimin içi kədərlə doludur. Anamdan doymadıq, onun danışmamasına razı idim, təki bizimlə qalardı. Ömrümün sonuna qədər ona baxmağa razı idim. Canımı anama qurban edərdim. Kaş indi yanımda olardı, onu bağrıma basardım”.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO