Tünzalə Ağayeva xərçənglə mübarizə aparan Nurayla danışarkən kövrəldi - VİDEO 

Tünzalə Ağayeva xərçənglə mübarizə aparan Nurayla danışarkən kövrəldi - VİDEO 

Hazırda oxunan: Tünzalə Ağayeva xərçənglə mübarizə aparan Nurayla danışarkən kövrəldi - VİDEO 

72206

Xərçənglə mübarizə aparan və bunun üçün “Səni axtarıram” verilişinə pənah gətirən qızcığaz Nuray Əmirliyə gözlənilməz sürpriz olunub.    

Bizim.Media xəbər verir ki, proqramda Nurayın əməliyyatı və müalicəsi üçün lazım olan məbləğ toplanıb.   

Verilişin gedişatında “Skype”la canlı efirə qoşulan xəstə qızcığaz Xalq artisti Tünzalə Ağayevanı görmək istədiyini söyləyib.  

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı müğənnini efirə dəvət edərək müalicəyə göndərilən Nurayın arzusunu yerinə yetirib. Nuray studiyaya gələn Xalq artistinin repertuarında yer alan mahnısının şeirini səsləndirərək, qarşı tərəfin diqqətini çəkib. T.Ağayeva Nurayla canlı efirdə görüntülü danışaraq, kövrək anlar yaşayıb.   

"Mənim hələ belə anım olmamışdı ki, qızın qarşısında aciz qaldım. Bütün uşaqların arzusu gerçək olsun" deyə, Tünzalə bildirib.   
X.Hidayətqızı söyləyib ki, bazar ertəsi Nurayı çətin bir əməliyyat gözləyir.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO