Hərbi hospitalın 30-cu ildönümü qeyd olundu – FOTO/VİDEO

Hərbi hospitalın 30-cu ildönümü qeyd olundu – FOTO/VİDEO

Hazırda oxunan: Hərbi hospitalın 30-cu ildönümü qeyd olundu – FOTO/VİDEO

69651

Aprelin 14-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub, ulu öndərin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tibb personalı ilə görüşən müdafiə naziri onları əlamətdar gün münasibəti ilə təbrik edib, şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb.

Müdafiə naziri hospitalın bugünkü elmi-texniki bazasının nəzdində elmi işlərin və araşdırmaların geniş aparılması, tibb heyətinin peşəkarlığının daha da artırılması üçün bütün imkanların mövcudluğunu qeyd edib.

Nazir Vətən müharibəsində hərbi həkimlərimizin və tibb personalının göstərdiyi fədakarlıqların Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Dövlətimizin diqqət və qayğısı nəticəsində Vətən müharibəsi dövründə sağlamlığını itirmiş 259 nəfərin xarici ölkələrə müayinə və müalicəyə göndərildiyini, onların böyük əksəriyyətinin müalicəsini başa vuraraq Vətənə qayıtdıqlarını diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanının tələblərinə əsasən 1997-ci ilin 2 avqust tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 17995 şəhadətnamə elektron informasiya alt sisteminə yerləşdirilib.

General-polkovnik Z.Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı göstərişlər verib.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO