ABŞ hipersəs raketinin sınağını keçirdi - VİDEO

ABŞ hipersəs raketinin sınağını keçirdi - VİDEO

Hazırda oxunan: ABŞ hipersəs raketinin sınağını keçirdi - VİDEO

68128

ABŞ mart ayının ortalarında hipersəs raketinin uğurlu sınağını keçirib, lakin Rusiya ilə gərginliyi artırmamaq üçün bu barədə məlumat yaymayıb.

Bizim.Media CNN telekanalına istinadla xəbər verir ki, sınaqlar ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfərinə hazırlıq zamanı baş tutub.

Məlumata görə, söhbət “Lockheed Martin” kompaniyasının Hypersonic Air-breathing Weapon Concept (HAWC) konsepsiyasının raketindən gedir. Strateji B-52 bombardmançı təyyarəsindən atılan raket 19 kilometr yüksəkliyə qalxaraq 480 kilometr məsafə qət edib.

HAWC konsepsiyasının hipersəs raketi döyüş başlığı daşımır və hədəfi məhv etmək üçün yalnız kinetik enerjidən istifadə edir.

Aprel ayının əvvəlində ABŞ Ukrayna ətrafında yaranan vəziyyət fonunda yanlış şərhlərdən yayınmaq üçün “Minuteman-III” qitələrarası ballistik raketinin əvvəllər təxirə salınan sınağını da ləğv etmişdi.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO