Təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, ardınca üfiqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub.
Məlumata görə, təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Bankın qarşısındakı yol təmir olunur - FOTO
22-27 mart 2022-ci il tarixlərində təmir işləri aparılan küçə və prospektlərin siyahısını təqdim edirik:
1. Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);
2. Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);
3. Abdulvahab Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);
4. Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);
5. Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);
6. Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə);
7 Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);
8. Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);
9. Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);
10. Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);
11. Şəhər şossesi (Zabrat yolu);
12. "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);
13. Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);
14. Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;
15. Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;
16. Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).
Bizim.Media