Əsir düşən rus əsgərinin həyat yoldaşı ilə maraqlı dialoqu - VİDEO

Əsir düşən rus əsgərinin həyat yoldaşı ilə maraqlı dialoqu - VİDEO

Hazırda oxunan: Əsir düşən rus əsgərinin həyat yoldaşı ilə maraqlı dialoqu - VİDEO

62777

Ukrayna Təhlükəsizlik Xidməti əsir düşən rusiyalı hərbçi ilə bağlı video yayımlayıb.

Bizim.Media xəbər verir ki, görüntülərdə hərbçi uzanıqlı halda Rusiyada yaşayan həyat yoldaşı ilə video bağlantı yaradıb. O, yaralandığını, əməliyyat olunduğunu, indi palatada müalicə aldığını deyib.

Aleksandr adlı hərbçi həyat yoldaşına deyib ki, əsir düşən əsgərlərin xanımları hər kəsə telefonla zəng etsinlər və onların buradan çıxarılmasına köməklik göstərsinlər:

“Bizi təlim adıyla komandanlıq (Rusiya Müdafiə Nazirliyi nəzərdə tutulur) bura gətirdi. Məhv edilən taqımdan sağ qalan yeganə şəxsəm. Burda mənə yaxşı qayğı göstərirlər”.

Əsir düşən rusiyalının həyat yoldaşı Ukrayna üçün dua edəcəyini və vəziyyəti tanışlarına bildirəcəyini deyib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO