Hakan Fidan: “ABŞ-İran razılaşmasının 15 günə əldə olunması mümkün deyil” – VİDEO

Hakan Fidan: “ABŞ-İran razılaşmasının 15 günə əldə olunması mümkün deyil” – VİDEO

Hazırda oxunan: Hakan Fidan: “ABŞ-İran razılaşmasının 15 günə əldə olunması mümkün deyil” – VİDEO

606840

“ABŞ və İran arasında hazırda müzakirə olunan mövzular nəzərə alındıqda, 15 gün ərzində hərtərəfli razılaşmanın əldə olunması texniki baxımdan real görünmür”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə müsahibəsində bildirib.  

Onun sözlərinə görə, tərəflər müəyyən irəliləyiş əldə edərsə, danışıqların davam etdirilməsi üçün əlavə atəşkəs müddətinin gündəmə gəlməsi mümkündür.
 

“Əgər tərəflər yaxşı irəliləyiş əldə etsələr, bu müddət 45 gün, hətta 60 günədək uzana bilər”, – deyə Fidan qeyd edib.


Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO