İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

Hazırda oxunan: İran ABŞ-ın sülh planını RƏDD ETDİ - RƏSMİ/VİDEO

605403

İran ABŞ-ın 15 maddəlik planını məqbul saymayaraq rədd edib.

Bizim.Media “Snn.ir” nəşrinə istinadla xəbər verir ki, bununla bağlı, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında açıqlama verib. 

O, bildirib ki, ABŞ tərəfindən təqdim edilən 15 maddəlik plan İran üçün son dərəcə iddialı və əsassızdır və qəbul edilə bilməz.

Bəqayi qeyd edib ki, İran öz maraqlarına və prinsiplərinə əsaslanaraq qanuni və məntiqli tələblərini formalaşdırıb və bunları vasitəçilərlə Amerikaya çatdırıb. Onun sözlərinə görə, bu addım düşmənə təslim olmaq anlamına gəlmir.
 

“İran cəsarətlə mövqeyini açıqlayıb və lazım olduqda onu rəsmi şəkildə təqdim edəcək. Vasitəçi ölkələrlə mesajların ötürülməsi normal diplomatik praktika hesab olunur və əvvəldən belə həyata keçirilir”, - deyə, Bəqayi vurğulayıb. 


Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO