“Tufli-mufli” mahnısı ilə məşhurlaşan azərbaycanlı müğənni Malaxovun qonağı oldu - VİDEO

“Tufli-mufli” mahnısı ilə məşhurlaşan azərbaycanlı müğənni Malaxovun qonağı oldu - VİDEO

Hazırda oxunan: “Tufli-mufli” mahnısı ilə məşhurlaşan azərbaycanlı müğənni Malaxovun qonağı oldu - VİDEO

60403

Sosial şəbəkələrdə “Tufli-mufli” mahnısı ilə məşhurlaşan azərbaycanlı müğənni Sakit Səmədov “Rossiya 1” telekanalında yayımlanan Andrey Malaxovun “Salam, Andrey!” verilişinin qonağı olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.

"Salam Andrey!" Rusiyanın əsas şənbə şousudur. Növbəti müzakirə mövzusu sevgi haqqında mahnılar olub. Sakit Səmədov bu verilişə dəvət olunub. Müğənni Azərbaycanın Qusar rayonunda anadan olub, məktəbdə təhsil aldıqdan sonra Dağıstana, oradan isə bu gün yaşadığı Tula şəhərinə köçüb.

Andrey Malaxov efirdə S.Səmədov haqqında danışarkən bunları qeyd edib: “Diskoteka rəqqasıdır və çox çılğındır”.

Rusiyalı müğənni və bəstəkar Aleksandr Marçinkeviç isə Azərbaycandan olan ifaçını əsl musiqiçi adlandırıb.

Şou zamanı qatarda çəkilən kadrlar göstərilib. Görüntülərdə S.Səmədov Moskvaya gedir, sintezatorda sərnişinlər üçün konsert təşkil edir.

Sakit Səmədov uzun müddət təkər sexində işlədiyini, boş vaxtlarında mahnılar bəstələyərək lentə yazdırdığını deyib:

“Bütün mahnıları Azərbaycanda yaşayan anama həsr edirəm. Hər həftə onun yanına gedib mahnı oxuyuram”.

İfaçı, həmçinin İnstagram sosial şəbəkəsində paylaşdığı “Tufli-mufli” mahnısının ona nəinki populyarlıq, həm də çoxlu sayda abunəçi gətirdiyini bildirib.

“Privet, Andrey”in efirində S.Səmədov “Tuk-tuk”, “Tufli-mufli” mahnılarını oxuyub, sintezatorda hind melodiyasını ifa edib və belə musiqinin böyük həvəskarı olduğunu vurğulayıb.
Qeyd edək ki, sənətçinin “Youtube” kanalına 1,57 milyondan çox insan abunə olub, onun mahnı və kliplərinə milyonlarla baxış var.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO