Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

Hazırda oxunan: Sərnişin qatarın damında diri-diri yandı - VİDEO

602871

Rusiyanın Stavropol diyarında biletsiz olduğu üçün qatardan düşürülən bir kişi təhlükəli addım ataraq vaqonun damına qalxıb.

Bizim.Media xəbər verir ki, hadisə zamanı o, yüksək gərginlikli elektrik xətlərinə toxunan kimi güclü cərəyanın təsiri ilə dərhal alovlanıb və qatarın üzərində diri-diri yanmağa başlayıb.
 

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə şəxsin elektrik xəttinə toxunduğu an və ardınca alov içində qalaraq ağır vəziyyətə düşdüyü açıq şəkildə görünür.


Görüntülər olduqca sarsıdıcı və dəhşətli xarakter daşıyır.

Şahidlərin sözlərinə görə, hadisə saniyələr içində baş verib və müdaxilə etmək mümkün olmayıb. Ətrafda olan bəzi şəxslərin isə kömək etmək əvəzinə baş verənləri mobil telefonla lentə alması xüsusi narazılıq doğurub. /Musavat.com


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO