Ələt-Astara yolunda hərəkətdə olan yük avtomobilinin TƏKƏRİ PARTLADI – VİDEO

Ələt-Astara yolunda hərəkətdə olan yük avtomobilinin TƏKƏRİ PARTLADI – VİDEO

Hazırda oxunan: Ələt-Astara yolunda hərəkətdə olan yük avtomobilinin TƏKƏRİ PARTLADI – VİDEO

601767

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən 80-ci kilometrində yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Belə ki, Seymur Niftullayevin idarə etdiyi DAF markalı, 90 LO 337 dövlət qeydiyyat nişanlı avtomobil Astara istiqamətində hərəkətdə olarkən ön təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq beton yolayrıcına çırpılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində avtomobilə maddi ziyan dəyib, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır", - məlumatda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO