“8 Noyabr”dakı dəmir yolu sökülür - 10 kilometrlik mikrotunel tikilir – VİDEO

“8 Noyabr”dakı dəmir yolu sökülür - 10 kilometrlik mikrotunel tikilir – VİDEO

Hazırda oxunan: “8 Noyabr”dakı dəmir yolu sökülür - 10 kilometrlik mikrotunel tikilir – VİDEO

600879

Paytaxtın Xətai rayonu 8 Noyabr prospektinin kənarı ilə uzanan dəmiryolu xətti sökülür.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, sənaye təyinatlı xəttin ətrafı hasarlanıb və söküntü işlərinə başlanılıb.
 

Bildirilib ki, bir zamanlar Bakıdakı neft sənayesinə xidmət göstərən bu xətlər son illərdə istifadəsiz qalıb.


Ərazidəki tikinti işləri ilə əlaqədar dəmiryolu xəttinin sökülməsinə zərurət yaranıb.

ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, ərazidəki söküntü işləri sahil kollektorunun tikintisi ilə əlaqədardır:

“Layihə “Dəniz Mall”un yaxınlığından başlayaraq Nargilə adlanan ərazidəki mövcud nasosxanaya qədər uzanır və və mikrotunel üsulu ilə inşa edilir. Uzunluğu 9.8 kilometr, diametri 2 metr olan dəmir-beton borulardan ibarət kollektorun böyük hissəsinin tikintisi artıq tamamlanıb. Layihənin 2028-ci ildə yekunlaşdırılması planlaşdırılır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO