Masallıdakı ağır qəzanın YENİ GÖRÜNTÜLƏRİ

Masallıdakı ağır qəzanın YENİ GÖRÜNTÜLƏRİ

Hazırda oxunan: Masallıdakı ağır qəzanın YENİ GÖRÜNTÜLƏRİ

600861

Masallı rayonunda sürücülük hüququ olmayan gəncin törətdiyi yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Belə ki, həmkəndlisi Kənan Rufullayevə məxsus “Mercedes” markalı avtomobilin sükanı arxasına keçən Orxan Zamanov gecə saat 02:00 radələrində yaşadıqları Mahmudavar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək daş hasara çırpılıb.

Hadisə nəticəsində 21 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Avtomobili idarə etməyi ona həvalə edən Kənan Rufullayev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi, eləcə də avtomobilin belə şəxslərə etibar edilməsi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, çox vaxt ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.


Sürücülərdən və nəqliyyat vasitəsi sahiblərindən tələb olunur ki, bu kimi məsuliyyətsiz davranışlardan çəkinərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoymasınlar” – məlumatda bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO