Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdəki işıqforlarla bağlı YENİLİK – VİDEO

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdəki işıqforlarla bağlı YENİLİK – VİDEO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdəki işıqforlarla bağlı YENİLİK – VİDEO

600544

Paytaxtda velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi və mikromobilliyin inkişafı məqsədlə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən daha 5 kəsişmədə svetoforlara yeni nəsil velosiped bölmələri quraşdırılıb.

NİİM-dən Bizim.Media-ya verilən məlumata görə, velosiped bölmələri Nərimanov rayonu, Xətai prospektinin Əbdüləzəl Dəmirçizadə, Əhməd bəy Ağaoğlu, Əliağa Vahid və Neymət Quliyev küçələri ilə kəsişmələrində, həmçinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçıvani küçəsinin kəsişməsində quraşdırılıb.
 

Ümumilikdə bu kəsişmələrdəki svetoforlara 14 velosiped bölməsi əlavə edilib. LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin yollarda daha təhlükəsiz və rahat hərəkət etməsinə imkan yaradır.


Qeyd edək ki, indiyədək paytaxt yollarında yerləşən 54 yolayrıcındakı svetoforlara 136 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə işlər davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO