İranda yeni Ali Lider seçilən Müctəba Xamenei xalqa ilk müraciətini edib.
Bizim.Media xəbər verir ki, Xamenei xalqa ünvanladığı mesajında İranın çətin dövrdən keçdiyini qeyd edib.
“Çətinliklər qarşısında möhkəm dayanan böyük, cəsur və şərəfli İran xalqına salam olsun. Bu gün biz liderlik etibarı yolunda davam edəcəyimizə söz veririk və şəhidlərimizin yolu ilə irəliləyəcəyik”, – deyə Ali Lider bildirib.
Qeyd edək ki, İran Ekspertlər Assambleyası Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib.
Xatırladaq ki, İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.
Bizim.Media





























































































