İranın Bəndər-Abbas limanı yaxınlığında ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində İran gəmisi yanır.
Bizim.Media xəbər verir ki, hücumun görüntüləri teleqram kanallarında yayılıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib.
Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.
Bizim.Media





























































































