“İran rəhbərliyinin Vaşinqtonun hansı addımlara hazır olduğunu təxmin etməlidir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-ın müharibə naziri Pit Heqset bildirib.
“Vaşinqton strateji qeyri-müəyyənlik siyasətini qoruyub saxlayacaq ki, İran rəhbərliyi ABŞ-ın hansı addımlara gedə biləcəyini təxmin edib yenidən dəyərləndirsin”, - deyə Heqset qeyd edib.
Nazirin sözlərinə görə, “şərtsiz kapitulyasiya” o deməkdir ki, ABŞ qələbə əldə olunana qədər mübarizəni davam etdirəcək və münaqişənin hansı şərtlərlə başa çatacağını özü müəyyən edəcək:
“Vaşinqton sülhə üstünlük verir, lakin müharibə zəruri olarsa, qarşıya qoyulan məqsədlərə çatana qədər davam etdiriləcək. ABŞ zərbələri İranın nüvə proqramını ciddi şəkildə geri salıb. Bununla belə, bu, Tehranın proqramın inkişafını tam dayandıracağı anlamına gəlmir”.
Pentaqon rəhbəri əlavə edib ki, hazırkı strategiya George W. Bush dövründə həyata keçirilən və rejim dəyişikliyini hədəfləyən müharibələrdən fərqlənir. Onun sözlərinə görə, həmin dövrdə cəmiyyətin yenidən qurulması üçün yüz minlərlə əsgərin istifadəsi nəzərdə tutulurdu.
Nazir qeyd edib ki, İranı ABŞ modelinə uyğun şəkildə yenidən qurmaq cəhdləri – məsələn, Əfqanıstan nümunəsində olduğu kimi – hazırkı planlara daxil deyil və ABŞ ictimaiyyəti tərəfindən dəstəklənmir.
Bizim.Media






























































































