Xocalı faciəsinin sağ qalan şahidi ana oldu – VİDEO

Xocalı faciəsinin sağ qalan şahidi ana oldu – VİDEO

Hazırda oxunan: Xocalı faciəsinin sağ qalan şahidi ana oldu – VİDEO

598637

Xocalı soyqırımında hər iki valideynini itirmiş 25 nəfərdən biri olan Kübra Telman qızı Orucova ana olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edib.

“1992-ci il Xocalı soyqırımı zamanı cəmi yaş yarımlıq olan Kübra Telman qızı valideynlərini itirmiş və sağ qalmış şəxslərdən biridir.
 

Bu gün isə həyat ona yeni bir sevinc bəxş edib — oğul övladı dünyaya gəlib və atasının xatirəsini yaşatmaq üçün ona Telman adını verib.


Kübranın sağ qalması tamamilə möcüzə olub. Rayə ananın nəşi Ağdam məscidinə gətirilən vaxt Kübra sinəsində uzanmışdı. Sən demə, bu balaca qızcığaz ölmüş anasının südünü içib sakitləşərək səssizcə düşmən nəzərindən yayına bilib. Ailənin yaxınları Kübranın da öldüyünü düşünərək onu da anası ilə birgə dəfn etmək istəyirmişlər” – K.Ağazadə paylaşımda qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO