Türkiyənin Sabiha Gökçen Beynəlxalq Hava Limanında baş vermiş hadisə maraqla qarşılanıb.
Bizim.Media xəbər verir ki, DMAX kanalında “Gümrük muhafaza Türkiye” adlı layihə çərçivəsində yayımlana görüntülərdə azərbaycanlı qadının gömrük yoxlamasından keçdiyi anlar öz əksini tapıb.
Belə ki, qadına məxsus çamadandan 2 qutu paxlava, dondurulmuş toyuq və fərqli çeşiddə yeməklər aşkarlanıb.
Bu zaman təamları uşaqları üçün gətirdiyini bildirən qadın həmçinin gömrük işçilərinə də paxlava təklif edib.
Yeməklərin sərhəddən keçirilməsinin qadağan olduğunu söyləyən əməkdaşa o cavabında deyib:
“Toyuqlar öz həyətimdəndir. Yeməklərin hamısını özüm hazırlamışam. Bunlar uşaqlarım üçündür. Nə edim? Oradan bura əliboş gəlim?!”
Həmin kadrları təqdim edirik:
Bizim.Media






























































































