Öz mənzillərinə 33 il sonra qayıda bilən Həqiqət və İsa Musayevlər elektrik sərfiyyatına görə 10 min 47 manat borclarının olduğunu öyrəniblər.
Bizim.Media ARB TV-yə istinadən xəbər verir ki, buna səbəb 33 il həmin mənzildə məcburi köçkün ailəsinin məskunlaşması olub.
Həqiqət Musayeva deyib ki, illər sonra evinə qovuşsa da, bunun sevincini yaşaya bilməyib.
Onun sözlərinə görə, hazırda borc səbəbindən mənzildə elektrik enerjisi yoxdur:
“Mən bunu niyə ödəməliyəm?! Başa düşmürəm. Özüm yaşayıb o işığı yandırsam, ödəməyə hazıram”.
İsa Musayev isə bildirib ki, keçmiş məcburi köçkün 10 min borcla yanaşı, evi də yararsız vəziyyətə qoyub:
“Evə baxın, balkonda bir “kamaz” zibil qoyub gedib. İndiyədək onlar yaşadığı üçün işıq da onların adına idi”.
Məlum olub ki, evin müvəqqəti sakini Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə edib. Məhkəmə yolu ilə evdən çıxarılan həmin ailə mənzilin qapılarını da sındırıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC-dən mövcud vəziyyətdən xəbərdar olduqlarını bildiriblər:
“Onlara dəfələrlə xəbərdarlıq edilib, akt tərtib edilib. Elektrik enerjisinin verilişi də dayandırılıb. Lakin Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə etdiyi üçün 10 min 47 manat borcu yaranıb. Balakişi Allahverdİyev barəsində məhkəməyə müraciət edilib”.
Daha ətraflı videomaterialda:
Bizim.Media

- A-
- A
- A+
Multimedia
13:15 / 20.02.2026
Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video
Hazırda oxunan: Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video
Hazırda oxunan: Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video
597350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































