Pezeşkian yenə Azərbaycan dilində şeir söylədi – VİDEO

Pezeşkian yenə Azərbaycan dilində şeir söylədi – VİDEO

Hazırda oxunan: Pezeşkian yenə Azərbaycan dilində şeir söylədi – VİDEO

596026

Dünən İran prezidenti Məsud Pezeşkian Gülüstan əyalətinə səfəri çərçivəsində tibbi xidmətlərlə bağlı keçirilən iclasda iştirak edib.

Bizim.Media “Mehr News”a istinadən xəbər verir ki, iclas zamanı Pezeşkian yenidən Azərbaycan dilində şeir səsləndirərək, tədbir iştirakçılarında coşqu yaradıb.
 

Pezeşkian böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” şeirindən bir parça oxuyub və insanlıq, vətən sevgisi, xeyirxahlıq kimi dəyərləri ön plana çəkən misralarla çıxışını müşayiət edib.


Onun dilindən səslənən “Göylər bütün dumandır, günlərimiz yamandır”, “Yaxşılığı əlimizdən alıblar”, “Yaxşı bizi yaman günə salıblar” kimi ifadələr diqqət çəkib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO