Bakıda 19 yaşlı motosiklet sürücüsünün öldüyü qəzanın YENİ VİDEOSU

Bakıda 19 yaşlı motosiklet sürücüsünün öldüyü qəzanın YENİ VİDEOSU

Hazırda oxunan: Bakıda 19 yaşlı motosiklet sürücüsünün öldüyü qəzanın YENİ VİDEOSU

592247

2025-ci ilin 12 ayı ərzində respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

"Həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.
 

Statistik göstəricilər bu kateqoriyaya aid nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələrlə müşayiət olunduğunu açıq şəkildə göstərir.


Aparılan araşdırmalar göstərir ki, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydalarına etinasız yanaşması, sürət həddinin aşılması, təhlükəli manevrlər, digər nəqliyyat vasitələri ilə məsafənin düzgün saxlanılmaması, eləcə də yol şəraitinin və nəqliyyat axınının düzgün qiymətləndirilməməsi bu tip yol-nəqliyyat hadisələrinin başlıca səbəbləri sırasındadır. Fiziki qoruyucu konstruksiyalara malik olmayan bu nəqliyyat vasitələrində hər bir yanlış qərar ağır xəsarət və ya ölümlə nəticələnə bilir.

Xüsusilə qeyd olunmalıdır ki, motosiklet və moped sürücüləri yol hərəkətinin ən həssas iştirakçıları olmaqla yanaşı, qaydalara əməl edilmədiyi hallarda yüksək risk yaradan kateqoriyaya daxildir. Onların yol hərəkətində digər iştirakçılarla eyni məsuliyyəti bölüşməsi ümumi təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Statistik təhlillər göstərir ki, məsuliyyətsiz davranış təkcə motosiklet və moped sürücüləri üçün deyil, digər yol hərəkəti iştirakçıları üçün də ciddi təhlükə mənbəyinə çevrilir", - qurumdan bildirilib.
 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet və moped sürücülərini yol hərəkəti qaydalarına ciddi əməl etməyə, təhlükəli manevrlərdən çəkinməyə və yol şəraitini düzgün qiymətləndirməyə çağırır”.


Xatırladaq ki, ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirib.

Qəza anının yeni görüntülərini təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO