İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı – VİDEO

İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı – VİDEO

Hazırda oxunan: İcra başçısının müavini ərinin bu videosuna görə ərizə yazdı – VİDEO

591549

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi, humanitar sahə üzrə müavini Gülbahar Eyvazova həyat yoldaşının “Tiktok”da qeyri-etik ifadələr işlətməsi ilə gündəmə gəlib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, eyni zamanda icra hakimiyyətində sürücü işlədiyi deyilən müavinin həyat yoldaşı Habil Eyvazov içkili halda canlı yayım açaraq dinə, namaza istehzalı münasibət sərgiləyib, həmçinin söyüşlərdən istifadə edib.

Onun bu hərəkəti müzakirələrə səbəb olub və sərt tənqid edilib.

Məsələ ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən bildirildi:
 

“Sürücü vəzifəsində işləyən Habil Eyvazov uzun müddətdir ki, bizdə çalışmır. Bu gün isə Gülbahar Eyvazova işdən ayrılmaq üçün ərizə yazıb. Onun müraciətinə baxılacaq”.


Qeyd edək ki, bu barədə ilk Demokrat.az saytı məlumat yayıb.

Həmin videonu təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO