Pişiyi təpikləyən futbolçu cəzalanacaq - VİDEO

Pişiyi təpikləyən futbolçu cəzalanacaq - VİDEO

Hazırda oxunan: Pişiyi təpikləyən futbolçu cəzalanacaq - VİDEO

59117

Sosial şəbəkələrdə İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zumanın pişiyi təpiklədiyi video yayılıb. 

Bizim.Media-nın "The Sun"a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi 28 yaşlı müdafiəçini bu davranışına görə cəzalandıracaq. 

Klubun mətbuat xidmətindən verilən açıqlamada fransalı oyunçunun hərəkətləri pislənilib və bu məsələnin daxildə həll ediləcəyi bildirilib. Əlavə olunub ki, heç bir şəkildə heyvanlara qarşı vəhşiliyə göz yumulmayacaq. 

Qeyd edək ki, Kurt Zuma cari mövsüm Premyer Liqada 12 oyuna çıxıb və 1 qol vurub.  

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO