Ukraynanın energetika naziri Denis Şmıqal ölkə ərazisində zədələnməmiş elektrik stansiyasının qalmadığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, nazir bu barədə parlamentdəki çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, hazırkı yanacaq ehtiyatları maksimum 20 gün çatar. O bildirib ki, ən ağır vəziyyət Kiyev şəhərində, Odessa vilayətində və cəbhəyanı bölgələrdə müşahidə olunur.
Şmıqal yaxın dövrdə Avropa İttifaqından elektrik enerjisi idxalının artırılacağını elan edib. Eyni zamanda o, bəzi şəhərləri qış mövsümünə düzgün hazırlaşmamaqda ittiham edib.
Nazir əhaliyə və qurumlara elektrik enerjisinə qənaət etmək çağırışı edərək, işıqlandırma üçün istifadə olunan bəzək lampalarının və reklam lövhələrinin söndürülməsini tövsiyə edib.
Bizim.Media






























































































